Daha bir mühacir Fransada saxlanıldı - Bakıya göndərilir

Daha bir mühacir Fransada saxlanıldı - Bakıya göndərilir

Azərbaycanlı mühacir Rəfael Priyev Fransada saxlanılıb.

Report xəbər verir ki, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Priyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.

Azərbaycan vətəndaşı Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransada bir qaçqın düşərgəsində saxlanılıb.

Onun yaxın günlərdə barəsində olan deportasiya qərarının icrası üçün Almaniyaya göndərilməsi gözlənilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az