Daha bir virus yayıldı: 254 nəfər öldü

Daha bir virus yayıldı: 254 nəfər öldü

İndoneziyada denge virusundan ölənlərin sayı artıb.

Miq.Az xəbər verir ki, car ilin yanvarından aprelin 4-nə kimi virusdan 254 nəfər həyatını itirib.

Bildirilir ki, ölkə üzrə 39 min 876 nəfər denge virusuna yoluxub.

Qeyd edək ki, bu virus ağcaqanadların çıxdığı vaxtlarda daha sürətlə yayılır. Xəstəliyin əlamətləri ümumi halsızlıq, yüksək hərarət, güclü baş ağrıları və üzdə yaranan, sonra bütün bədənə yayılan səpkilərdir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az