Dağıstanda Azərbaycan əsilli polis öldürüldü

Dağıstanda Azərbaycan əsilli polis öldürüldü

Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan əsilli polis əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirilib.Mərhumun qohumlarının "Report”a verdikləri məlumata görə, 1979-cu il təvəllüdlü Məhəmməd Əlibəy oğlu Vəlibəyov əslən Azərbaycanın Xaçmaz rayonundandır.

Rusiyada ali təhsil aldıqdan sonra Dağıstanda polis orqanlarında işləyən M.Vəlibəyov Dərbənd şəhəri yaxınlığında bir qrup naməlum şəxs tərəfindən əvvəlcədən yaranmış mübahisənin həlli üçün görüşə dəvət edilib və orada tapançadan açılan atəş nəticəsində 5 güllə yarası alaraq yerindəcə keçinib.

M.Vəlibəyov ailəsi Xasavyurt rayonunda yaşadığı üçün orada da dəfn olunub.

Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır və cinayəti törədənləri axtarır.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az