Dağlıq Qarabağ AZAD İQTİSADİ ZONA elan oluna bilər

Dağlıq Qarabağ  AZAD İQTİSADİ ZONA elan oluna bilər

"Ali Baş Komandanın səmimi və narahat görünməyən davranışı, Dağlıq Qarabağın statusuyla bağlı narahatçılığa da heç bir əsas olmadığının əsas şərti kimi qiymətləndirilməyə bilməz. Amma siyasi kulislərdə aparılan danışıqlardan məlumatlı olmayanların narahatçılığı da təsadüfi deyil. Narahatçılığı doğuran məsələlərlə bağlı cəmiyyətin izlədiyi xeyli suallar mövcuddur. Və davamlı olaraq müxalif düşərgə və müstəqil politoloqlar tərəfindən səsləndirilir və müzakirəyə çıxarılır. Narahatçılığa heç bir əsas görməyən və münaqişənin hərbi fazasının qələbəylə yekunlaşmasını tam qələbə üçün yetərli olduğunu iddia edənlərin də arqumentləri konkret arqumentlərə söykənmir. Ancaq bu şəxslərin davranışında xüsusi eyforiya hiss olunmaqdadır. Bu eyforiya nədən ibarətdir, yaxud ibarət ola bilər?!"

Bu fikirləri Miq.Az-a açıqlamasında AMEA-nın əməkdaşı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov iddia edir.

Şahin Bağırovun fikrincə, Türkiyə - Rusiya tandeminin proseslərə cəlb olunması geniş perspektiv imkanlara yol açır:

"Konkret olaraq bölgədə hər iki dövlətin siyasi maraqları qədər də iqtisadi maraqları mövcuddur ki, hər iki ölkə üçün bu amil prioritet məsələlərdir. Bəs bu, nədən ibarət ola bilər? Cavabı iqtisadi maraqlar fonunda daha asan tapmaq mümkündür. Ən azından Dağlıq Qarabağ bölgəsinin AZAD İQTİSADİ ZONA elan edilməsiylə... Çox güman ki, BMT də bu təşəbbüslə çıxış edən tərəflərə öz xeyir-duasını versin! Eni 5 km olan Laçın koridorunun qəbul olunması bundan xəbər vermirmi ? Bu iqtisadi projenin regionun bütün dövlətləri və əhalisi üçün son dərəcə böyük əhəmiyyəti ola bilər."

Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov daha sonra qeyd edir ki, Dağlıq Qarabağda ermənilərin, yaxud azərbaycanlıların dominantlığına, əlbəttə çox sərmayə qoyan tərəfin əhalisi üstünlük təşkil edəcək. Çox güman ki, Azərbaycanın iqtisadi göstəriciləri digər region ölkələrindən fərqli olaraq üstünlüyü ələ ala bilər:

"Erməni lobbisi və imkanlı diaspor təşkilatları erməni kapitalının bu bölgəyə axmasında ilk əvvəldə maraqlı görünməyə bilərlər. Bu da Azərbaycana əlavə avantaj gətirən məsələ ola bilər. Qaldı ki, təkcə Azərbaycan, Rusiya və Türkiyənin bölgəyə kapital yatırımları hesabına Dağlıq Qarabağı ağlagəlməz sıçrayışla böyük iqtisadi məkana çevirmək mümkündür!  Fikrimcə, AZAD  İQTİSADİ  ZONA layihəsini ABŞ və Qərb dövlətləri dəstəkləməməyə bilməz. Və bu layihə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin köklü həlli üçün ən uğurlu variant kimi qəbul olunmaya da bilməz ! ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri olan ABŞ və Fransanı fakt qarşısında qoymağın ən nümunəvi variantı budur. Yaşayarıq, görərik!"

Elmin Alışov 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az