“Dağlıq Qarabağ bu şəkildə azad edilməlidir” - Markov

“Dağlıq Qarabağ bu şəkildə azad edilməlidir” - Markov
Dağlıq Qarabağ konfliktininin həllinə Kazan formulu yardım edəcək

Axar.az xəbər verir ki, bunu "Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov söyləyib.

"Dağlıq Qarabağ ətrafındakı rayonlar iki dəhliz, blokadanın ləğv edilməsi və bölgənin hərbisizləşdirilməsinə qarşılıq olaraq boşaldılmalıdır. Bundan sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibinə mərhələli şəkildə iqtisadi, sosial və humanitar inteqrasiyası başlamalıdır. İlham Əliyevin BMT-nin Baş Assambleyasında Ermənistanı hərbi cinayətkarın idarə etməsi haqqında fikirləri İrəvanın zəifləyən mövqeyini daha da çətinləşdirəcək. Digər tərəfdən, Xocalı məsələsi daha da aktuallaşır, daha çox diqqət cəlb edir və imkan verir ki, daha geniş meydanlarda bunun həqiqətən cinayət olması tanıdılsın. Ermənistan rəhbərliyinin sülh yoluna çıxmaq üçün Kazan formulunu qəbul etməsi məntiqli olardı, amma o özünün radikal diasporundan qorxur”, – deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az