"Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır"

"Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır".

"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyəli dialoqun bərpasını alqışlayıb və tərəfləri danışıqların intensivləşdirməyə və təmas xəttində gərginliyi azaltmağa çağırıb.
"Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi bir həlli yoxdur. Onun beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmaq lazımdır", - Mogerini qeyd edib.
Ali nümayəndə bildirib ki, Aİ ATƏT-in Minsk qrupunun səylərini və etimadın yaradılması üzrə tədbirlərini dəstəkləyir.
 
Miq.az








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az