Dağlıq Qarabağ münaqişəsi -Hər an ALOVLANA biləcək SİLAHLI münaqişə

Dağlıq Qarabağ münaqişəsi -Hər an ALOVLANA biləcək SİLAHLI münaqişə

Atəşkəs razılaşmasından 25 il ötür. 
Zamanı qaytarmaq olmaz, ona görə 25 il keçməsinə təəsüflənmək qeyri-produktivdir. "Qarabağ hər keçən günlə bizdən uzaqlaşır”, deyənlər, münaqişənin vəziyətinə sadəcə obyektiv nəzər salsınlar.
Bu illər ərzində Azərbaycan Qarabağ nizamlanmasında ərazi bütövlüyü prinsipindən bir addım geri çəkilməyib. 2013-cü ildə başlanan ordunun ən müasir yenidən silahlanması proqramı bu il başa çatır. 
15-20 il əvvəl təmas xəttində nisbi sakitlik qorunurdusa, son 5 ildə silahlı toqquşmalar intensivləşib, xarakteri dəyişmişdi. Nəticədə, 2016 ildə Qarabağda, 2018-ci ildə Naxçıvanda Azərbaycan düşmən üzərində ciddi hərbi-siyasi uğurlar və irəliləyişlər qazandı. Eyni zamanda Qarabağ dünya gündəminə gətirildi. 

Bu gün düşmən düşərgəsi monolit deyil. Erməni inqlabı nəticəsində daxili siyasi qütbləşmə açıq qarşıdurmalara keçməkdədir. Vaxtilə Ermənistanla "miatsum” edən Dağlıq Qarabağı Paşinyan "əks-inqlab ocağı” adlandırır və qarabağ klanından "müstəqil ölkə olan Ermənistanın daxili işlərinə qarışmamağı” tələb edir, əks halda "Qarabağı inqlab ocağı edəcəyi”(separatçı rejimi devirəcəyi) ilə təhdid edir. Buna görə(nəzərə alsaq ki, "Yallı" fərdi yox, kollektiv rəqsdir) Paşinyanın Şuşadakı son "yallısı" süni alınıb. 

Danışıqlar potensialı tükəndiyindən Ermənistan diplomatik manevrlər hesabına vaxt uzadır. Həmsədr ölkələrin nümayəndələri Ermənistanın yeni hakimiyətindən konstruktiv mövqe və güzəştlər gözlədiklərini açıq tekstlə bildirirlər.
Dağlıq Qarabağ münaqişəsi dünyada hər an alovlana biləcək silahlı münaqişələrə aid edilir.
Bunların yekununda necə deyə bilərik, "Qarabağdan uzaqlaşırıq”? 
Keçən 25 ildə Qarabağa bəlkə ən yaxın olduğumuz dövrü yaşayırıq.

Nazim Bayram 
Hərbi ekspert, Qarabağ qazisi, 
ehiyatda olan polkovnik-leytenant



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az