"Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır"

Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
D.Saveyley bildirib ki, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların çatdırılması üçün Azərbaycan diasporunun media sahəsində intensiv fəaliyyətini artırması vacibdir.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az