Dağlıq Qarabağda koronavirusa ilk yoluxma qeydə alındı

Dağlıq Qarabağda koronavirusa ilk yoluxma qeydə alındı

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Miq.Az xəbər verir ki, məlumatı "Novosti Armeniya” yayıb.

Bildirilib ki, Dağlıq Qarabağdan iki nümunə Ermənistana test üçün göndərilibmiş. Onlardan birinin nəticəsi müsbət çıxıb.

Məlumatda həmçinin vurğulanıb ki, onların təmasda olduqları 17 nəfər təcrid edilib. 

Hadisə Laçın rayonu ərazisində baş verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 360 000-i ötüb. Bunların 293 615 nəfəri sağalıb, 75 961 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az