Daşkəsəndə dəhşət: ana və 6 aylıq körpəsi yandırıldı

Daşkəsəndə dəhşət: ana və 6 aylıq körpəsi yandırıldı

Daşkəsənin Qabaqtəpə kəndində ölüm hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, bu gün saat 18 radələrində kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Əli İlqar oğlu Həsənovun yanmış meyitləri yaşadıqları evdə aşkarlanıb.

Məlumata görə, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin qətl olduğu bildirilir.

Kənddə Həsənovlar ailəsində ər-arvadın mehriban olduqları və kiminləsə düşmənçilik etmədikləri bildirilir. Qətl törədilən gün qadının həyat yoldaşı Daşkəsən şəhərində olsa da, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onu sorğu-sual edirlər.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az