David Tonoyan: “Qarabağ məsələsi həll olunub”

David Tonoyan: “Qarabağ məsələsi həll olunub”

"Ancaq qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll olunub”

Ermənistanın müdafiə naziri David Tonoyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi "həll edilmiş məsələdir”. Virtualaz.org xəbər verir ki, Tonoyan özünün ali baş komandanı Nikol Paşinyanın artıq fiaskoya uğramış "Qarabağ Ermənistandır, nöqtə” tezisinin ruhunda çıxış edərək jurnalistlər qarşısında belə pafoslu bəyanat verib.

"Siz Qarabağ münaqişəsinin həllini necə təsəvvür edirsiniz?”,-jurnalist müdafiə nazirindən soruşub.

"Ancaq qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll olunub”,-Tonoyan Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etməsini "məsələnin həlli” kimi təqdim edərək pafosla deyib.

Bunun ardınca jurnalistlər ondan Paşinyanın həmin frazasına beynəlxalq reaksiyalar barədə soruşublar. Hansı ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən "Valday” forumu zamanı Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə” bəyanatını tənqid etmişdi və bunu "Kosovo Albaniyadır” deyən Albaniya baş nazirinin yanaşması ilə müqayisə etmişdi.

Tonoyan suala cavab olaraq deyib ki, erməni diplomatları "belə reaksiyalara münasib cavablar verirlər”. Lakin jurnalistlər ondan əl çəkməyiblər, bu dəfə BBC-nin "Hard Talk” proqramında ötən həftə xarici işlər naziri Zöhrab Mnatsakanyana verilmiş sərt suallara, ermənilərin Qarabağda cinayətlər törətdiyi və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu haqda aparıcının birmənalı qeydlərinə münasibətin niyə olmaması haqda soruşublar. "Məni bu söhbətə çəkməyin. Vaxtilə mən öz yanaşmamı ortaya qoymuşam”,-Tonoyan deyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az