Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi
Daxili İşlər Nazirliyinin rəhbərliyinə yeni səlahiyyət verilib. 

Miq.az  APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib. 
Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilib ki, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az