Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi: Azərbaycanlı mühəndis öldürüldü

Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi: Azərbaycanlı mühəndis öldürüldü

Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedən gəminin 19 nəfərlik heyəti olub. Onların arasında azərbaycanlı mühəndisin olduğu bildirilir. 

Miq.Az xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb. 

İlkin məlumatlara görə, "Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb.

Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.

Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinantlar əsasında hərəkət etdiyini bildirib. /Oxu.az/


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az