Deputat Kardaşyanı klipinə çəkdirən salyanlı müğənnini "manıs" ADLANDIRDI

Deputat Kardaşyanı klipinə çəkdirən salyanlı müğənnini

Millət vəkili Fəzail Ağamalı Azərbaycan əsilli müğənni Bəxtiyar Məmmədovun (Jah Khalib) erməni porno ulduz Kim Kardaşyanın bacısını öz klipinə çəkməsindən danışıb.

Deputat "Ölkə.Az”ın əməkdaşı ilə söhbətində Bəxtiyar Məmmədovu "manıs” adlandırıb və fikrinə bu sözləri əlavə edib:

"O, manısdır. Mən ona axı nə mövqe bildirim. Onu gedin müğənnilərdən soruşun. O kimdir ki, millət vəkili bu yaşında ona fikir bidirsin. Onun haradan olduğu məsələni dəyişmir, lap kəndcim olsa belə. Hər kəsin öz səviyyəsi var. Paşinyan haqqında sual verin cavablandırım. Yoxsa Manıs nəsə edibsə, ona mən nə fikir bildirim. 

Mən Kardaşyan adlı şəxs haqqında heç bir fikir bildirmirəm".
 
Qeyd edək ki, Fəzail Ağamalı Salyan rayonundan deputat seçilib. Sosial şəbəkələrdə yayılan məlumata görə, müğənni əslən məzh bu rayondandır.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az