Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı

Deputat Ülvi Quliyev Londonda 4-cü milyonluq mülkünü aldı

Deputat Ülvi Quliyev İngiltərədə qiyməti milyondan artıq olan mülk alıb. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, bu deputatın sayca 4-cü bahalı mülküdür.

Jurnalist yazır ki, Ülvi Quliyev ölkənin ən iri dərman şirkətlərindən və apteklər şəbəkəsindən birinin sahibidir. Bunu bilməyən yoxdur. Amma onun apteklərində bu gün spirt, maska varmı, qiyməti nədir, bilmirəm.
Məlum olanı odur ki, apteklərində həm də koronavurusa qarşı vasitələr satdıran deputatın Koronavirusla Mübarizə Fonduna yardım edənlər arasında adı yoxdur. Amma bundan cəmi bir ay əvvəl – hələ Avropaya koronavurus yenicə yayılmağa başlayanda və Ümumdünya Səhiyyə Təşkilatı bu qorxunc bəla haqqında ilk xəbərdarlıqlarını edəndə cənab Quliyev Londonda dəyəri 700 min funt olan 4-cü ev üçün sövdələşmişdi.

 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az