Deputat Rəşad Mahmudova yeni vəzifə verildi

Deputat Rəşad Mahmudova yeni vəzifə verildi
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb.
 
Modern.az saytının əldə etdiyi məlumata görə, R.Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin olunub.
R.Mahmudov Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.
Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbdə oxuyub.
1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb.
1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib.
2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib.
2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.
2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə (V çağırış) seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən deputat seçilib.
R.Mahmudov bu yaxınlaradək – 2018-ci ilin may ayınadək Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzi Bakı Ürək Mərkəzinin rəhbəri olub. Daha əvvəllər isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az