Deputat sabiqlərin əmlakını satmağı təklif edir -“HƏMİN PULLAR XALQIN, DÖVLƏTİN PULUDUR…”

 Deputat sabiqlərin əmlakını satmağı təklif edir -“HƏMİN PULLAR XALQIN, DÖVLƏTİN PULUDUR…”

"Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 24 min insan şəhid olub. Onlar evini, maşınını satıb ov tüfəngi, avtomat alaraq ermənilərə qarşı döyüşərək şəhid olub. Şəhid olanların hər birinə 11 min manat birdəfəlik ödəmə verilsə, bu, 264 milyon manat edir”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

"Dövlət büdcəsində müəyyən problemlərin, məhdudiyyətlərin olduğunu bilirik. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin Londonda olan mülkləri, sabiq vergilər naziri Fazil Məmmədovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları satışa çıxarılsın, həmin mülklərin pulları vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin. Çünki həmin pullar xalqın, dövlətin puludur. Bu barədə düşünmək vacibdir”, – deputat əalvə edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az