Dilqəm Məhərrəmov- 70

Dilqəm Məhərrəmov- 70
Bir millətin xarakterini bilmək istəyirsənsə,
o millətin musiqisini dinləyin.
                      (Konfutsi)
 
Hər bir insan dünyaya göz açdığı andan etibarən musiqi ilə təmasda olub, musiqi sədaları altında böyüyərək kamillik aləminə qədəm qoyur. Musiqi gerçək həyat hadisələrini və insanın mənəvi aləmini musiqi ifadə vasitələri ilə əks etdirən unikal incəsənət növüdür. Latın dilindən "pərilərin dili ” anlamına gələn musiqi bütün dünyada xalqları və mədəniyyətləri yaxınlaşdıran bir təbliğat vasitəsidir.

​Çağdaş musiqi mədəniyyətimizin inkişafında muğam və xalq mahnılarımızın təbliğində xüsusi xidməti olan məharətli ifaçılarından biri də ustad xanəndə Dilqəm Musa oğlu Məhərrəmovdur.  

​Ömür insana bir dəfə verilir.Gərək onu elə yaşayasan ki, hamı sənin varlığına sevinə, yoxluğuna isə ürəkdən yana. Dilqəm müəllimin  keçdiyi həyat yolu sübut edir ki, o sənətə bağlı bir insandır və bu yolda əlindən gələni əsirgəmir. O, ulu tarixə malik olan xalqımızın milli folklorunu və mənəvi dəyərlərini sabahkı nəsillərə çatdıran professional bir musiqiçidir.
 
X A S İ Y Y Ə T N A M Ə
 
Məhərrəmov Dilqəm Musa oğlu 1947-ci ildə anadan olmuş, azərbaycanlı, ali təhsilli (ADİİ-tu və A.Zeynallı adına Bakı musiqi məktəbini bitirmişdir.) 1993-cü ildən Nəsimi rayonu 35-nömrəli Orta məktəbdə musiqi müəllimi işləyir.D. Məhərrəmov 1975-ci ildən 1983-cü ilə qədər Naxçıvan musiqi  texnikumunda muğam və vokal sinfində dərs demiş, Naxçıvan Dövlət Filarmoniyasının solisti kimi qastrollarda olmuş, müxtəlif Dövlət tədbirlərində və məhsul bayramlarında fəal iştirak etmişdir. O, Naxçıvan şəhər və vilayət komsomol təşkilatının Tərifnaməsinə layiq görülmüşdür, (İmza: A.Əkbərov). D.Musaoğlu Nəsimi rayonu 35 nömrəli orta məktəbdə 40 nəfərdən ibarət xor kollektivi yaratmış, müxtəlif müsabiqələrdə iştirak etmiş, yüksək yerlərə layiq görülmüşdür. O, bir çox mahnılar və şeirlər yazmışdır. Onun yaradıcılığında vətənpərvərlik mövzusu əsas yer tutur. Onun bəstələdiyi "Azərbaycan torpağı” (söz: M.Şüküründilr) xor əsəri orta  məktəblər arasında keçirilən müsabiqədə 1-ci yerə layiq görülmüşdür.(imza: M.Qəzənfərov.). Onun "Xocalı qisasını tapşırmayaq Allaha” əsəri məktəbin xor kollektivinin ifasında "Uşaq Qalereyasında 2009-cu ilin və 2010-cu ilin 25 fevralında səslənmiş, efirdə göstərilmişdir. Tədbirdə Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri A. İbrahimov iştirak etmiş, televiziyada göstərilmişdir. 

D.Musaoğlu məktəbdə işlədiyi müddətdə özünü bacarıqlı və işgüzar pedaqoq kimi göstərmiş, pedaqoji kollektivin və şagirdlərin dərin rəğbətini qazanmışdır. 2007-ci ildə D.Musaoğluna təhsildə nailiyyətlərinə görə Bakı Şəhəri Baş Təhsil idarəsinin Fəxri fərmanı verilmişdir. 2008-cı ildə ona "Biz Heydər Əliyev irsini öyrənirik” adlı müsabiqədə "Ulu Heydər” (söz: və mus: D.Musaoğlu) mahnısına görə Bakı Şəhəri Baş Təhsil İdarəsinin Fəxri fərmanı verilmişdir. (imza: N.Rzaquliyeva). O, 1994-cu ildə bəstəkarlar arasında keçirilən "Mənim Azərbaycanım” adlı vətənpərvər Mahnı müsabiqəsində "Azərbaycana” mahnısı ilə (söz və mus.: D. Musaoğlu) 2-ci yerə layiq görülmüşdür (arayış №238. Azərbaycan Bəstəkarlar ittifaqı). Onun radio fondunda "Vətən sevgisi”, "Qəhrəman milli ordumuz”, "Azadlıq uğrunda”, "Gecələr” qəzəl romansı (söz: M Füzuli) ”Könlüm”qəzəl romansı, (söz: Ə.Vahid.) "Sevği valsı”,  (söz: D.Musaoğlu), "Yeni Azərbaycan Partiyası” (söz: D.Musaoğlu), "Haqqın səsi” (söz: M.Şəhriyar) və s. əsərləri radioda və efirdə səslənmişdir.

D.Musaoğlu 1984-cü ildən 1987-ci ilə qədər Azkonsert birliyinin solisti kimi müxtəlif qastrollarda olmuş, həmişə alqışlarla qarşılanmışdır. D.Musaoğlunun müxtəlif mətbuat səhifələrində "Uvertura” (Azərbaycan müəllimi) "Naxçıvanım”, "Vüqarısan ana yurdun”, "Şəhidlər”, "Qalibiyyət nəğməsi”, 20 yanvar, "Xocalım” (Azad Azərbaycan) "Vətənə borcluyuq!” (Şərq qapısı), "Bahar gələndə” (Bakı təhsili) və s. şeirləri çap olunmuşdur. Məktəbdə rəhbərlik etdiyi xor kollektivi "Füzuli-500” tədbirlərində fəal iştirak etmişdir. (Nizami muzeyinin direktoru: İ.İsrafilov). Onun "Heç unutmaz ana Vətən!” əsəri "Azərbaycan bəstəkarlarının əsərləri” kitabında çap olunmuşdur (Hərbi nəşriyyat 2000-ci il). D.Musaoğlunun üç mahnı marşı "Hərbi vətənpərvərlik mahnıları və marşları” kitabında çap olunmuşdur. (Bakı-Hərbi nəşriyyat 2000-ci il). D.Musaoğlu C.Naxçivanski adına hərbi məktəbin Fəxri Fərmanına layiq görülmüşdür (imza: məktəbin rəisi: B.Bərşadlı). "Bakı Ali Dənizçilik Məktəbinin” Tərifnaməsinə (arayış H.B.876) və Azərbaycan Müdafiə Nazirliyinin” Tərifnaməsinə layiq
görülmüşdür. (imza: Siyasi işlər üzrə müavin M.Səlimov -1997-ci il). D.Musaoğlu Naxçıvan Mədəniyyət Nazirliyinin (İmza: F.Heydərov) və Azərbaycan Mədəniyyət Nazirliyinin Tərifnaməsinə layiq gorulmuşdur. (imza: Ə.Lalayev). Musaoğlunun yaradıcılığı haqqında "Ziyalı kəndimiz” (Nərgiz nəşriyyatı - 2000-ci il) və "Qursalı” kitabında (Kooperasiya nəşriyyatı - 2006-ci il) məlumatlar verilmişdir. 2008-cı ildə D.Musaoğlunun "Nəğmə dolu ömür yolu” mahnı və şeirlər kitabı çap olunmuşdur. (Kooperasiya nəşriyyatı) D.Musaoğlunun "Şəhidlər” "Əziz Heydər babamız” (Söz: S.Məmmədova), ”Bu günümüz sabahımız” (söz: S.Həsənova), "Mən bir  əsgərəm” (söz: D.Musaoğlu), "Son qoyaq günahlara”(söz: D.Musaoglu), (Xocalı  soyqırımına və mart qırğınına həsr olunub).”Ulu Heydər” (söz: D.Musaoğlu) və başqa mahnıları şagirdlər tərəfindən müxtəlif tədbirlərdə sevilərək oxunmuş bu əsərlər gənc nəslin estetik, mənəvi və vətənpərvər bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynamışdır. Məktəb müdiriyyəti D.Məhərrəmovun əmək fəaliyyətini və yaradıcılıq uğurlarını yüksək qiymətləndirmiş, ona əmək kitabçasına yazılmaqla pedaqoji şuranın "Təşəkkür”ü verilmiş (əmr: N-356.2007-ci il) və "Fəxri ad” verilməsi üçün yuxarı təşkilatlara məktubla müraciət olunmuşdur.

Məktəb müdiriyyəti Məhərrəmov Dilqəm Musa oğluna verilmiş xasiyyətnamə haqqında müsbət rəydədir.

Nəsimi rayon 39 №li məktəbin direktoru R.Naibova
 
​Dilqəm Musa oğlu Məhərrəmov 1947-ci ildə qərbi Azərbaycanda Spitak rayonunun Qursalı kəndində ziyalı ailəsində anadan olmuşdur.1975-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun (xanəndə), 1984-cü ildə isə ADİİ-nin mədəni maarif fakültəsini bitirmişdir.1975-ci ildə Ü.Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda muğam fənnini tədris etmiş,tez bir zamanda bütün kollektivin rəğbətini qazanmışdır. O, Naxçıvanda Muğam ifaçılığının əsasını qoymuş, onun yetirdiyi tələbələrin bir çoxu fəxri adlara layiq görülmüşdür.Dilqəm Musa oğlu Naxçıvanda bütün Dövlət konsertlərində iştirak etmiş, Naxçıvan Mahnı və Rəqs Ansamblı ilə qastrollarda olmuşdur. O, Naxşıvan  Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət  Nazirliyinin "Tərifnaməsi”ni, Bakı  Baş Təhsil İdarəsinin "Fəxri Fərmanları”na layiq görülmüşdür.

​Dilqəm müəllim 1984-cü ildən Bakıya köçərək 1987-ci ilə qədər "Azkonsert” birliyində    Ə.Bakıxanov  adına  ansamblın rəhbəri  xalq artisti H.Bayramovun rəhbərliyi altında xanəndə kimi bir çox konsert və qastrollarda olmuş, zəhmətkeşlərə mənəvi və mədəni xidmət göstərmişdir.O, Respublika festivalının laueratıı olmuş, 1984-cu ildə isə "Azərbaycanım” adlı televiziya müsabiqəsində "Azərbaycana” (Söz: və Mus: D.Musa oğlu ) mahnısı ilə 2-ci yerə və pul mükafatına layiq görülmüşdür.1985-ci ildə D.Musa oğlunun "Nəğmə dolu ömür yolu” şeir kitabı çap olunmuşdur.O, həm də gözəl mahnıların müəllifidir. D.Musa oğlunun "Heç unutmaz ana Vətən ” (Söz: Z.Xınalı ) "Vətənə borcluyuq” və "Vətən sevgisi” mahnısı müdafiyə nazirliyinin "Hərbi vətənpərvərlik mahnıları və marşları” kitabında çap olunmuşdur. D.Musa oğlunun "Azərbaycan torpağı” (Söz: M.Şüküründür) və "Ulu Heydər” əsərlərinin fonda yazılmasına icazə verilmişdir.O, muğam və aşıq folklorunun tarixinə aid 3 elmi məqalənin müəllifidir. Bunlardan:”Muğamların (məqamların) tarıxınə aid bəzi şərhlər” (Konservatoriya jurnalı) "Koroğlu dastanı haqqında qeydlər” (Təhsil jurnalı), "məktəblilərin estetik mədəniyyətini inkişaf etdirməyin bəzi məsələləri” (Milli Pedaqogika Jurnalı) göstərmək olar. D.Musa oğlunun 3-iyunda 70 yaşı tamam olur.  Xalq  artisti Mübarız Tağıyevin və Əməkdar incəsənət xadimi bəstəkar, professor  Ceyhun  Allahverdiyevin Dilqəm Musa oğlu haqqında dedikləri:

​Mübariz Tağıyev: Dilqəm Musa oğlu professional xanəndədir.Onun bir çox vətənpərvərlik mahnıları və marşları fonda yazılmışdır.Mən Dilqəm müəllimin "Könlüm ” (Söz: Ə.Vahid) , "Gecələr” (Söz: M.Fizulinindir) qəzəl romanslarının və "Azərbaycana ” marşını  radiyonun  fondu üçün lentə köçürmüşəm. Dilqəm müəllimin 70 illik münasibəti ilə ürəkdən təbrik edirəm.Ona can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Ceyhun Allaverdiyev: Mən Dilqəm Məhərrəmovun hələ Naxçıvandakı fəaliyyəti ilə yaxından  tanışam. Onun  Dövlət konsertlərindəki hər çıxışı alqışlarla qarşılanırdı. Onun mahnı yaradıcılığındakı fəaliyyəti də diqqəti cəlb edir, öz musiqi qabiliyyətini daima təkmilləşdirir.Dilqəm müəllimə uğurlar və can sağlığı arzu edirəm.  

 
 
Eldar Xəlilov 
Tədqiqatçı, kulturoloq, alim,
Əməkdar incəsənət xadimi, Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliyinin üzvü 
                        




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az