Divara hörülmüş sahibkar qəddar icra başçısına qarşı

Divara hörülmüş sahibkar qəddar icra başçısına qarşı

Gədəbəy rayonundan olan sahibkar Fəxrəddin Bağırovun başına gələnlər barədə virtualaz.org və ölkənin digər KİV-ləri dəfələrlə yazıblar. Bir neçə ay ərzində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun satış obyektinə aparan yolları bağlaması və işgüzar əməliyyatlara mane olması üzündən iş adamı xeyli zərərlə üzləşib.


Bütün ölkənin ictimaiyyəti rayonun sahibi ilə sahibkar arasında qarşıdurmanın nə ilə nəticələnəcəyini gözləyirdi. Və ədalət zəfər çaldı: Gəncə Şəhər İqtisad Məhkəməsi Rəşad Məmmədovun sədrliyi ilə iş adamı F.Bağırovun İcra Hakimiyyətinə qarşı iddiasını təmin edib və Ramiz Yediyarovun bütün hərəkətlərininin qeyri-qanuni olduğunu bildirib.

Yüksək təzyiqli qaz kəmərinin ticarət obyektinin yaxınlığından keçməsi ilə bağlı rayon rəhbərliyinin iddiaları da əsassız hesab edilib. Məhkəmə nəzərə alıb ki, 2012-ci ilə qədər bu torpaq sahəsinin və onun üzərindəki tikilinin sahibi başqa şəxs olub və əvvəlki yiyəsi buradan tikinti malları mağazası kimi istifadə edib. Buna görə də, F.Bağırovun bütün formallıqları yerinə yetirərək buranı alandan sonra ərazinin əlavə ekspertizasının aparılmasına heç bir ehtiyacı olmayıb.

Bu səbəbdən, rayon başçısının mərkəzi küçədə ticarət obyektinin işləməsinin yolverilməz olması və digər iddialar barədə bütün iradları məhkəmə tərəfindən qeyri-qanuni hesab olunub.

Beləliklə, ədalət qalib gəlib və bu onu göstərir ki, icra başçısından fərqli olaraq, məhkəmə orqanları öz fəaliyyətlərini qüvvədə olan qanunvericilik və prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı göstərişləri əsasında qurublar.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az