Donald Tramp Çin prezidentinə görüşməyi təklif edib

Donald Tramp Çin prezidentinə görüşməyi təklif edib
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Çin Xalq Respublikasının lideri Si Tsinpinə görüşməyi təklif edib.

APA xəbər verir ki, o bu barədə şəxsi "Twitter” səhifəsində yazıb.
Tramp qeyd edib ki, Çinin rəhbərini yaxşı tanıyır və onu böyük, xalqına hörmət edən lider hesab edir.
"Şübhə etmirəm ki, prezident Si Honkonq problemini tez və insani yollarla həll etmək istəyəcək, o bunu bacaracaq”, – deyə amerikalı lider yazıb.
Paylaşımının sonunda Tramp "şəxsən görüş” yazaraq Si Tsinpinə görüşməyi təklif edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az