Donald Tramp İrana qarşı hərbi əməliyyatları istisna etməyib

Donald Tramp İrana qarşı hərbi əməliyyatları istisna etməyib
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların keçiriləcəyinin mümkünlüyünü istisna etməyib.


"Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın ITV televiziyasına müsahibəsində bildirib.
Aparıcının "İrana qarşı güc tətbiq etməyə ehtiyac olacaqmı” sualına cavabında prezident deyib: "Belə ehtimal hər zaman var. Mən istəyirəmmi? Yox, ancaq güc tətbiq etmək məsələsi həmişə gündəmdədir”.
Qeyd edək ki, bir müddət əvvəl D.Tramp İranla danışıqlara başlamağa hazır olduqlarını bildirmişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az