Dostunu 2 manat 50 qəpiyə görə öldürmək istəyən şəxsə HÖKM OXUNDU

Dostunu 2 manat 50 qəpiyə görə öldürmək istəyən şəxsə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Miq.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Hümbətov dostu Ceyhun Abbasovu öldürməkdə cəhddə təqsirli bilinir.

Hadisədən əvvəl hər iki şəxsin arasında mübahisə düşüb.

Məhkəmədə ifadə verən C.Abbasov deyib ki, mübahisəyə səbəb 2 manat 50 qəpik dəyərində pul olub. O, 2 manat 50 qəpiyi E.Hümbətova verərək başqa tanışlarına çatdırmasını istəyib. Amma E.Hümbətov pulu sahibinə çatdırmayıb və onların arasında mübahisə yaranıb. Bundan sonra E.Hümbətov əlini bıçağa atıb və dostunu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

E.Hümbətov isə özü könüllü olaraq polisə təslim olub.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az