Dünyanın ən varlı qadın müğənnisi seçildi

Dünyanın ən varlı qadın müğənnisi seçildi
Amerikalı müğənni-aktrisa Rihanna musiqi dünyasının ən varlı qadın müğənnisi seçilib.Bu barədə "Forbes”in açıqladığı siyahıda deyilir. Rihanna 600 milyon dollar gəlirlə Madonnanı qabaqlayaraq birinci olub.
 
İkinci yerdə Madonna (570 mln dollar), üçüncü yerdə Selin Dion (450 milyon dollar), dördüncü yerdə isə Beyonsun (400 milyon dollar) adı yer alıb.
 
Qeyd edək ki, Rihannanın əsas gəliri LVMH şirkəti ilə əməkdaşlıqdan qazandığı pullardır. Bundan başqa, ifaçının "Fenty Beauty” kosmetika brendi var. Məhz bu brendin məhsullarının satışından Rihanna 100 milyon dollar qazanıb. Rihanna Instagram reklamlarından ilə 71 milyon dollar gəlir əldə edib.
Bundan əlavə, müğənni TechStyle Fashion Group şirkəti ilə birgə Savage X Fent brendi altında  tanınan alt paltarı istehsal xəttinə malikdir. (oxu.az)

 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az