Dünyanın lideri dəyişir: Ağ Ev 25 illik müharibənin nəticəsini AÇIQLADI

Dünyanın lideri dəyişir: Ağ Ev 25 illik müharibənin nəticəsini AÇIQLADI
"ABŞ Çinlə iqtisadi müharibə aparır”.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin əsas strateji məsləhətçisi Stiven Bennon deyib.
"Biz Çinlə iqtisadi müharibə vəziyyətindəyik. Onlar nə etdikləri barədə danışmaqdan utanmırlar”, - Ağ Ev rəsmisi bildirib.
Bennon həmçinin qeyd edib ki, ən yaxın 25-30 il ərzində iki dövlətdən biri hegemon olacaq. Ağ Evin strateqi həmçinin Amerika hakimiyyətini xəbərdar edib ki, ABŞ bu yolda ilişərsə, Çin dünya lideri olacaq.
"ABŞ uduzmağa davam edərsə, heç vaxt özünü bərpa edə bilməyəcək”, - o əlavə edib.
ABŞ prezientinin məsləhətçisi Şimali Koreya probleminə də toxunub. O əmin edib ki, problemin hərbi həll yoxdur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az