Düşmən generalın Bakıya raket hədəsinə: "Onların əllərində uzaq vuran dəqiq silah yoxdu"

Düşmən generalın Bakıya raket hədəsinə:


Bir müddət bundan öncə müharibə olacağı təqdirdə Mingəçevir su anbarını vuracaqlarını dilə gətirən Ermənistanın keçmiş müdafiə naziri general-leytenant Vaqarşak Harutyan, bu dəfə Bakının neft komplekslərini sıradan çıxaracaqlarını bildirib. Düşmən general sərsəmləməsində  Bakıdakı bütün neft komplekslərinə çıxışa malik olduqlarını, bunun tamamilə mümkün olduğunu vurğulamişdı. 

Miq.az-a açıqlama verən aprel döyüşləri iştirakçısı, "N" saylı hərbi hissənin keçmiş artilleriya rəisi polkovnik-leytenant Eldəniz Hüseynov isə düşmən generalın sözügedən açıqlamasını qeyri-ciddi bəyənat adlandırır:

"Əllərində sovetlər ittifaqından qalma İsgəndər raketləri var,  paradda numayiş etdirdilər.  Halbuki o raketlərin 102 -ci bazaya aid olduğu soylənilir. İsgəndər raketi olsa  belə onu buraxmaq ucun və dəqiq hədəfə vurmaq ucun Ermənistanda naviqasiya avadanlıqları yoxdu. Düzdür, kortəbii olaraq iri yaşayış məntəqələrinə ata bilərlər, lakin dəqiq hədəfi vurmaqla bağlı açıqlamalar yersizdir.  Düşmən o raketlərdən təlimlərdə istifadə etməyib deyə bilmək olmaz o raketin texniki vəziyyəti döyüşə necə yararlıdır.  Raketlərin istismar muddəti var və  muəyyən vaxtdan sonra yarasız olur. İsgəndər raketindən  başqa onların əllərində uzaq vuran dəqiq silah yoxdu. Maksimum 40 km də hədəflərə atəş aca bilərlər." 

Aprel döyüşləri zamanı düşmənin artilleriya bölmələrinin fəaliyyətinə yaxşı bələd olan Eldəniz  Hüseynov qeyd edir ki, kecmiş mudafiə naziri rəsmi bir şəxs deyil və onun dedikləri sadəcə sərsəmləmədən başqa bir şey deyil. Aprel döyüşlərində onların artilleriya qoşunlarının cox aşagı səviyyədə oldugu ortaya cıxdı.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az