Düşmən Hərbi Hava Qüvvələrimizi ATƏŞƏ TUTDU- RAKET zərərsizləşdirildi

Düşmən Hərbi Hava Qüvvələrimizi  ATƏŞƏ TUTDU-  RAKET zərərsizləşdirildi

İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.

Bu zaman Ermənistan silahlı qüvvələri "OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

Miq.Az xəbər veriri ki, bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət traektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.

Miq.Az əməkdaşının "Niyə pilot Osa-nı vurmadı?" sualına hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytenat, Qarabağ Qazisi Nazim Bayram belə cavab verdi: 

"OSA-nı vurmaq daha asandı, nəinki təyyarəni raketdən qaçırmaq; əmr olsaydı, pilot onu məhv edərdi"

"Cəbhədə eskalasiya və qarşıdurma hava məkanına keçir...

Məlum olduğu kimi, cəbhə xəttinə yaxın zonada uçuşlar edən Azərbaycanın döyüş təyyarələrinə qarşı düşmən "Osa"(aşağıdan uçan hədəflərə qarşı zenit-raket) kompleksindən raketlər buraxılıb. Raketlərin hər ikisi hədəfdən yayınıblar.

"Osa" kompleksi dünyada havadan müdafiədə atıcı silahlardan Kalaşnikov avtomatının analoqu hesab etmək olar - sadə, etibarlı və çox yayılmış. "Osa" 50 ildir ki, dünyada bir çox orduların silahlanmasındadır, o cümlədən, bizim ordunun. "Osa" köhnəliyinə görə lağ olunacaq silah deyil. Onun bu günə kimi döyüş sırasında qalması ilk növbədə geniş modernizasiya resursu ilə bağlıdır. Bu zaman ərzində "Osa"-lar bir necə dəfə Rusiya, Belarus, Ukrayna, Polşa tərəfindən koklü modernizasiya olunub, gücü, sürəti, gecə işlənməsi, əhatəsi artırılıb. "Osa" bir çox müasir müharibələrdə tətbiq olunub.
Təyyarəni, onu nişangahına tutmuş "Osa" raketindən qaçırmaq, pilotdan yüksək peşəkarlıqla bərabər böyük soyuqqanlıq tələb edir. Ona görə, təyarəsini Osa-dan qaçırmış pilotumuzu alqışlayıram, döyüş xidmətində daim uğurlar və yüksəliş arzu edirəm!

"Niyə pilot Osa-nı vurmadı? İnanın, əmr olsa, Osa-nı vurmaq daha asandı, nəinki raketindən təyarəni qaçırmaq, pilot onu məhv edərdi."

Hərbi ekspert "Niyə əmr olunmur" sualımıza isə belə cavab verdi:

"Niyə əmr olunmur? Hər kəs istədiyi kimi düşünə bilər, izah edə bilər özü üçün. Ancaq hərb bir ciddi sahədir. Versiya və cavab axtaranda bunu unutmaq olmaz. Çox təəsüf edirəm ki, belə elementar şeyləri təkrarlamağa ehtiyac duyulur. Ancaq hərb futbol deyil, hər baxan bir məsləhət versin, bir səhv tapsın. Açıq deyim ki, sosial şəbəkədə bu hadisənin şərhləri hərb işinə əsl həqarətdir. Bir hərbçi kimi mənə bu təsir edir. 
İlk dəfədir ki, qarşıdurma havada keçib. Siyasi mənada ola bilər bu güc nümayişidir və təzyiqdir. Ancaq hərbi tərəfinin açıqlanması bir kitab tələb edir, inanın, o uçuşlarımız o qədər çoxməqsədlidir. Bunlardan danışılmalı, bunlar təhlil olunmalıdır, bunun bu gün və sabah faydası olacaq."

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az