Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi: “Azərbaycanın üçdə ikisini su altında qoyacağıq”

Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi: “Azərbaycanın üçdə ikisini su altında qoyacağıq”

Aprel döyüşündə rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanın təxribatçı bəyanatları davam edir
 
Ermənistanın keçmiş müdafiə naziri, general-leytenan Vaqarşak Arutyunyan Azərbaycanın ünvanına yeni hədə səsləndirib. Belə ki, keçmiş müdafiə naziri müharibə başlayacağı təqdirdə Mingəçevir su anbarını vura biləcəklərini bildirib.

Düşmən generalının sözlərinə görə, Ermənistan SCAD raketləri tətbiq edərsə, o zaman bu raketlər vasitəsi ilə öz məqsədinə çata bilər.
 
Işğalçı ölkənin keçmiş müdafiə naziri Müngəçevir su anbarının vurulağacının hansı fəsadlara səvbəb olacağına da diqqət çəkib. O, bildirib ki, əgər belə bir zərbə endirələrsə, o zaman Azərbaycanın üçdə iki hissəsi su altında qalacaq.

Məlumat üçün qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan bundan öncə də dəfələrlə Mingəçevir su anbarını vura biləcəyi ilə bağlı təhdidlər səsləndirib.

Mütəxəssislər isə hesab edir ki, etibarlı şəkildə müdafiə olunan Mingəçevir su anbarını vura biləcəyi ilə bağlı Ermənistanın hədələri cəfəngiyyatdan başqa bir şey deyil və psixoloji təzyiq məqsədi daşıyır.

Seymur ƏLİYEV
Moderator.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az