Dövlət Dumasında SSRİ-ni bərpa edərək Putinin arzusunu gerçəkləşdirmək təklif edildi...

Dövlət Dumasında SSRİ-ni bərpa edərək Putinin arzusunu gerçəkləşdirmək təklif edildi...

"Dövlətlərin yeni birliyi öz sərhədlərinə görə Sovet İttifaqından böyük ola bilər"

Rusiya tərəfindən işğal edilən Krımdan olan Dövlət Dumasının deputatı Mixail Şeremet "yeni SSRİ" yaratmağı təklif edib.
 
Dövlətlərin belə hərbi-siyasi və iqtisadi birləşməsinin məqsədi kimi o, Qərblə qarşıdurmanı əsas gətirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "Novosti" informasiya agentliyi məlumat yayıb.
 
"SSRİ-nin mövcuduğu NATO-nu bütün dünyanı əsarət altında saxlamaq və müstəmləkələşdirmək niyyətindən çəkindirib. Suveren dövlətlərin Qərbin ekspansiyası və təcavüzünə qarşı səmərəli şəkildə dayanmaq üçün könüllülük əsasında vahid hərbi-siyasi və iqtisadi blokda birləşməsini məqsədəuyğun hesab edirəm. Yeni konfederasiyanın örnəyi böyük və güclü SSRİ ola bilər", - Şeremet deyib və güman edib ki, dövlətlərin yeni birliyi öz sərhədlərinə görə Sovet İttifaqından böyük ola bilər.
 
"Bu, bərabərhüquqlu ittifaq olacaq, ABŞ-ın demokratiyaya yardım və onun təntənəsi pərdəsi altında yaratmağa vərdiş  etdiyi müstəmləkələr olmayacaq, hər bir ölkə bir-birinin suverenliyi və mədəniyyətinə hörmətlə yanaşacaq", - Şeremet vurğulayıb.
 
Krımdan olan deputat əmin olduğunu bildirib ki, yeni birliyin sərhədlərinin toxunulmazlığını və təhlükəsizliyini Rusiya təmin edəcək və bunun üçün onun "bütün imkanları və potensialı var".
 
Mixail Şeremet, görünür, sovet keçmişi üçün nostalji hissi keçirir.
 
Bu ilin may ayında o, Qırmızı bayrağı Rusiyanın dövlət bayrağı etməyi təklif edib. Şeremetin sözlərinə görə, SSRİ bayrağı altında ikinci dünya savaşı zamanı "babalarımız vuruşub", bu gün isə bu bayraq altında Rusiya Federasiyası "Ukraynada dirçələn və uzun illər Qərb ölkələrində öz simasını məharətlə gizlədən neonasistlərə qarşı dayanıb".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az