Əbədi Həyat

Əbədi Həyat


Aleyna Malqoç

Aleyna Malqoç 1998-ci ildə İstanbul şəhərində doğulub. Davamlı olaraq Türkiyə mətbuatında müxtəlif ədəbi yazıları, məqalələri və şeirləri dərc olunur. Bir ədəbi mükafatlara laiq görülüb. Hazırda Boğaziçi Üniversitetində Türk dili və əəbiyyatı ixtisası üzrə təhsil alır.

Demək, bir daha nəticələndirmişdim bir uzun yarı ölüm halını. Dünyaya aid olmayacaq gözəllikdə deyə təsir edə biləcəyim şairanə gömgöy bir səmanın altında, yamyaşıl uıu çinarların arasında oyandım. Qalxdım, mavi və yaşılın birlikdə gətirdiyi sərinliklə yeriməyə başladım. Birdən o gömgöy səma kömür qarasına, yaşıllığı hüzur verən ağaclar isə boz rəngə büründü. Cənnətlə cəhənnəmi ayıran incə bir xəttin üstündən keçdim sanki. Bu istini, adamın içini qaraldan yay gününü onsuz da cəhənnəmə bənzətmişdim, amma bu qədər həyati olacağını xəyal edə bilməmişdim. Yəqin yağış yağacaq, ona görə ətraf birdən-birə elə oldu - deyə düşünərkən birazdan dərsimin başlayacağını və tez bir zamanda getməli olduğumu xatırladım. Amma bir şeyi undurdum, bura hər gün dinlədiyim qoruq deyildir. O, tərifi mümkün olmayan məkan qəfil dəyişmişdi. Nə olduğunu anlamağa çalışırkən beynimdə qorxulu uğultular peyda olmağa başladı. Ürəyimin sıxıldı. Nəhayət, qaranlıqda fışqıran minlərcə səsdən biri önə çıxdı. Bu səs bir insanoğlunun ola bilməzdi. Qaranlığın içindən gələn ilahi səs adımı hayqırdı: "Xan Tuğra!" Atrıq əməlli-başlı qorxmağa başlamışdım. Kəkələyərək soruşdum: "Sən kimsən?" O səs yenə guruldadı: "Xan Tuğra! Haqlısan, Xan Tuğra. Cənnətlə cəhənnəmin arasında incə bir xəttin üstündən keçdim deyə ürəyindəb keçirdin, hə, ordasan. Arafdasın¹." Beynimdə şimşəklər çaxmağa, ildırımlar düşməyə başladı. Ürəyimdən keçənləri o ilahi səs necə bilə bilərdi? Yoxsa, xəbərsizcə bu fani dünaya vida etmişdim? Cənnətlə cəhənnəm arasında inci bir xətt idimi bura? Arafda idimmi? Qorxu, acı və həyatla belə tez vidalaşmaq fikrinin içimdə yaratdığı məlal ilə inlədim və ağlamağa başladım. Necə oldu? Mən ki, dərsə getməyə hazırlaşırdım. Darülfünün² qorğundaydım. Necə ola bilər? Necə ola bilər? Havalanırdım. Beynimdə yenidən peyda olan uğultularla yerə yıxıldım. Gözlərim örtüldü, ortaya uzun müdddətli sükut çökdü və yenə qorxuyla gözlərimi açdım. Bu nədir belə? Bu dəfə başqa yerdəydim. Durduğum yerin hər iki tərəfində saraylara yaraşan iki nəhəng qapı. Üstündə xətlər qarışmışdı. Ha çalışsam da, oxuya bilmədim. İllərimi sərf etdiyim, uğruna Monqolustana qədər getdiyim, Orxon yazıları deyildi bu. Üstünə nə qəzəllər, qasidələr söylədiyim Osmanlıca heç deyildi. Nə ərəb nə də fars yazılarına da bənzəmirdi.Bunları keçdim, dünyadan bir yazı ola bilməzdi bunlar. Çaşıb qaldığım şeyə bax! Bu nəhəng qapıların heç bir dünyaya aid ola bilnəzdi. Memar Sinan belə düzəldə bilməzdi bu nəhəng qapıları. Dəli olmaq üzərəydim ko, yenə o səs guruldamağa başladı: "Xan Tuğra! Axirətdəsən Xan Tuğra. İnsanoğlu öləcəyinə heç cür məna verə bilməz, ölümün tək həqiqət olduğunu anlamaz - deyərdi Əzrayıl, inanmazdım. Anlayacaqsan artıq Xan Turğa. Bura sənin əbədi həyatındır." Və yenidən qeybə çəkildi o səsə. Yenə qaldım özbaşıma. Bu ilahi səs, bu qapılar, bu yazılar, az öncə dəyişən məkan... Qısacası buradakı hər şey dünyanın maddiyatının bir parçası ola bilməzdi. Hə, qane oldum artıq. Mən ölmüşdüm və axirətdəydim. Edəcəklərimi düşündüm, sevdiklərimi. Və dərin bir ah çəkərək yüyürməyə başladım. Qarşımda sonsuz qatlar göründü. İrəlidən tanış səslər gəldi qulağıma. Hə, hə. Bu ta orta məktəbdə əzbərlədiyim ən sevdiyim divan şairi Füzuliyə aid Su qasidəsinin misralarıydı. Onu oxuyan ağappaq siluetə yaxınlaşdım. O dəqiqiqə arxasını çevirdi mənə. Aman Allah! Ürəyimin düşdüyünü hiss elədim. Qarşımda Füzuli dayanmışdı. Amma məni görmürmüş kimi əruz vəzninində oxumağa davam etdi.

"Dəst bûsi arzusiylə gər ölsəm dostlar 
Kûze eylən torpağım sunun ânunla yârə su."

Bir ədəbiyyatçı olmağımın verdiyi təbiətlə illərdir heyfislənirdim. Çox yanlış bir dövrdə doğduldum mən. Füzulilərlə, Bakilərlə aynı əsrdə yaşamaq varkən deyə...Ondan dolayı Füzuliyni qarşımda gördüyüm üçün sevinməyim lazımdı. Fəqət sevinmek bir kənara dursun, içimdəki qorxu bir uçqun kimi büyüyürdü.Ne qədər nankoram deyə özümə hirsləndim. İllərdir beyitlərini oxuduğum, güya çox sevdiyim(!) şairin ruhunu görüncə qorxmuşdum. Lakin artıq qorxmanın bir mənası yokdur. Mən də maddiyatdan sıyrılmış bir ruham bundan belə. Ruh, ruhsan qorxarmı heç? Mən bunları düşünürkən Füzulinin ruhu yoxa çıxmışdı. Bu dəfə başqa bir şey çaldı qulağım. Bu biraz öncəki şeirin musiqisindən, dadından çok fərkliydi. Əsəbləşdirirdi biraz. "Şeyxülislam olmadan köç etdik bu dünyadan. Borc olsun, Kanuni!"deyirdi bit siluet çevrəsinəki digər bəyaz siluetlərə. Bir də baxdım nə gördüm? Sultanüş Şura Bakuydi bu. Elə bilirəm, axirət hayatına alışmış olacağam, yüzümde bir təbəssüm yarandı. Demək Baki gözləri açıq getmişdi. Hələ şeyxülislam olamadığına yanırdı adamcığaz. O əsnada ilahi səs yenə danışmağa başladı: "Burası arafdan cənnətə keçişdə şairlərə ayrılmış bir nöktədır. Onlar burada söhbət ederler." İllərimi vermişdim bu şairlərə, onların şeirlərinə, kitaplarına... Harsan bilərdim bir gün onlarla qarşılaşacağımı? Həyat bu... Maddi olan, dünyadakı "ədəbi" həyatım bitmişdi. İndi isə "əbədi" hayatım başlamışdı. Bu lay-lay buludları keçincə gedəcəkdim öz sonsuzluğuma. Ancaq bu  laylarda daha çox adamla qarşılaşacak kimiydim. Biraz qarşıda şən şaqraq qəh-qəhələriylə ətradakılara bir şeylər anladan Nəcib Fazilin ruhunu gördüm.Yeneəgülməkdən dayana bilmədim. "Heç dəyişməmisən Ustad! Hələ oxuduğum Nəcib Fazil..." Bunlardan sonra xeyli addımladım. Xeyli deyirəm ancaq zatən nisbi olan zaman burada yoxdu ki...Bədəninə, canına erkən vida etmiş, ziyadəsincə çaşqın körpə ruhum yalnızlıqdan, düşüncələrn, dünyadakı keçmişini düşünməkdən sıxılmışdı. Biri daha çıxsa bu ustadlardan demək surətiylə mızıldandım. Ölmişdən əvvəl də belə bəd ağız idim .Qarşıma birdən bütün özəlliyi ilə təqlid etdiyim, heyranı olduğum - bayraq şairi Arif Nihad Asya və qopuzunun tellərini dınqıldadan Dədəm Qorqud Ata çıxmasınmı? Bu iki sevdiyim şəxsiyyəti görmüş olmamın verdiyi həyacanla tir-tir titrəməyə başladım. Arif Xoca belə deyirdi Qorqud Ataya : "Tanrı Dağlarında Kürşad Atamızın, Bilnin, Kültəginin və neçələrinin önündə diz vurub kımız içəcəyimiz sənin qopuzunun səsiylə cəngi çalacağımız günlər də gələcəkdir. Ey Dədəm Qorqud, bax, o gün ruhlarımız şad olacakdır!" Dünyada yuxularıma girmişdi Arif Xoca. Onunla tanış olub əlini öpürdüm bir dəmir yol vağzalında. Kim deyərdi ki, bir gün onu görəcəm? Həm də eynən yazdıqlarındakı kimi, heç dəyişməmiş olacağını...Ömürlərini Türklüyə həsr etmiş bu iki ruh, axirətdə  Türklüyün yolunda irəliləməyə davam edirlərdi. Onlardan ayrılan kimi hüzünləndim. Və çevrəm bu dəfə bir çox nəsnə yarandı. O qədər də sevmədiyim Nazim Hikmət, dostları Kamal Tahir və Orxan Kəmalla birlikdəydi bir tərəfdə. Digər bir tərəfdə  Qaracağlan, soydaşım Avşar Dadaloğlu ilə saz çalıb, deyişdirdilər. Qarşıda Əhməd Həşim, Cahid Sıtqı, Yəhya Kamal və neçələri görünürdü.Və hamısı bir-bir xəyal kimi, əslinda bir ruh kimi yoxa çıxdılar. Yüksəlmişdim sanki. Artıq yeni bir qatındaydım uçsuz-bucaqsız səmaların.

Günahlarım gəldi ağlıma.
Dünyada yaşadıqlarım bir film lenti kimi gəlib keçdi yaşlı gözlerimin qarşısından. Dostlarım, ailəm, uğruna heç ölməyəcəyim kimi yaşadığım ədəbiyyat kitablarım, tələbələrim və neçələri. Axirət də dünya kimi zalımmış. Biraz hüzünlənməyimə belə icazə verilmədi və dördnala gələn atların arasında qaldım. Bu qədər də olamazdı. Atların üstündəki heybetli, igid adamlar illər əvvəl oxuduğum tarix kitablarından öyrəndiyim atalarım göktürkləri sanki yenidən doğuran Kürşad Ata və onun nəvələri Bilgə Kağan, kül Təyin ilə Vəzir Tonyukukdan ibarət idi. Arif Xoca da burada olsaydı deyə keçirdim ürəyimdən. Misralarıyla könlümdə taxt qurmuş, şəhid qanıyla bəzənmiş hilalın yeganə bayraqdarı olan bu Türk millətinin ömrünü verdiyi atalarını görməyə, onların qarşısında diz çökməyə əlbəttə haqqı vardı. O an əcdadlarlm da bir-bir yox olub getdi qarşımdan. Halbuki dünyada da hər günüm onlarla keçirdi iyirmi yeddi əsrin içində yaşayırdım atalarımla. 

Oxuduğum kitablarda onlarla bir olurdum. Yeri gəlir onlarla çiyin-çiyinə çarpışır, yeri gəlir qarşılarında müntəzir dayanırdım. Onları görmüşdüm görməsinə amma hamısı yox olub getmişdi. Onlardan sonra bir çox məşhur əskərimiz, dövlət adamımız, türk böyükləri keçid törəni keçirdi qarşımda elə bil. Qarşımda Qanuni, Yavuz, Fateh, Tuğrul Beğ, Şağrı Beğ, Osman Qazi, Orxan Qzi, Genç Osman, Ulubatlı Həsən, Süleyman Şah, Qazi Osman Paşa, Nizamülmülk, Melikşah, Aparslan, Aatatürk, Hən Tahsin, Topal Osman Ağa, Kazım Qarabəkir, Südçü İmam, Antepli Şahin və neçələri.

Sonra  bir xeyli yalnız qaldım. Sanki kimsə məxcbur gözlərimi bağlayırdı. Oyananda yenə tək idim. Fəqət yalnızlığım çox sürmədi və qarşımda bir üz görünməyə başladı. Əsrlər öncə yaşamış, heç görə bilmədiyim bu şəhsiyyətləri normal şərtlərdə tanıma imkan yoxdu, lakin məkanın ilahiliyi üstümə sirayət etmiş olacaq; tuhaf bir şəkildə hər gördüyümün kim olduğu könlümcə tanına bilirdi. Elə bilirəm bu insan heyrətləndirici idi. Bu, Darülfünün araştırdığım Günî mahlaslı divan şairiydi. Babamın xatirələrini yazdığı dəftrdə görmüşdüm onun adını, yalnız onun divanının tək nüsxəsinin harda olduğunu yazdığı yer oxunmaz halda idi. Onu oxumağa çalışırdıq. Ölmədən əvvəl ağlımı məşgul edən yeganə tapmaca bu idi. Qədim evimizin damında hər gecə, divanın harda olduğu oxumağa çalışırdım. Bax, artıq oxuyub qurtarmışdım Günini. Əlində tozlu, görəndə tarixdən qopub gəlmiş bir nəsnə təəssüratı oyandıran qara qəlbli bir kitap vardı. Üstündə də Osmanlıca "Günî Divanı" yazılmışdı. "O divan necə sənin əlinə keçə bildi?" deyə kükrədimsə də, eynən digər ruhlar kimi o da eşitmirdi məni. Sanki bir yerdən başqa bir yerə keçdi. Ətraf yenə anidən dəyişdi. Darülfününün o tanış, hər gün dincəldiyim, yaşil ilə mavinin müthiş bir ahəng yaratdığı qorğuma geri dönmüşdüm. Gözlərimi çətinliklə açıb ətrafıma baxındım? Kimi görsəm yaxşıdı? Əziz dostum, Darülfününün Əski Türk Ədəbiyyatı Kürsüsü Professoru Ata Şah və  qarsaşım Gök Tuğra başımın üstünsə durmuşdular. Hayqırdım onlara ve sarsıtdım ikisini də: "Yoxsa siz də öldünüzmü?" İkisi də bir qəhqəhə çəkdilər ki, eşidənkərin hələ də qulaqlarındadır. "Sən yenə yaxşı yatnamısan, deyəsən, özünə gəl, dərsin başlayacak." dedi və yenə güldü Ata Şah. Məni qolumdan tutmuş Darülfününə aparırdı ki, birdən həqiqi zənn etdiyim yuxum canlandı gözümdə. Özəlliklə də son qismi. "Hə, tapdıb!" deyə bağıraraq evə tərəf qaçdım. Ata Şah və Gök Tuğra çaşqın gözlərlə arxamda balacalaşdılar, balacalaşdılar. Nəhayət çatmışdım evə. Qan-tər içində dama çıxdım. Həqiqəy sandığım yuxumda divanın harda olduğu məlum olmuşdu. Həmən tavandakı bir yeri açdım. Üstü tozlu, beş yüz illik tarixdən yadigar qalan divan ordaydı. Könlüm bəxtiyar oldu və kkitabı açıb oxumaya başladım. Günî Divanından bir qəzəli:

"Ey dil-i cəfâ dert ilən bimâr et məni 
Ey padişeh-i mülk-i gönül azâd et məni
Ol yârin kəlâmı imiş âləmi leyl idən 
Ey mâlik-i gûnbed-i devvâr gündüz et məni
Kim oldu yolunda əsir-i âşıkın,rindlər 
Ey sultân-ı hüsn-i cihân məstânə et məni
Gâhî ziba bir çəhrə,olur bazı afitâb 
Məddâh oldu şuarâlar, üstâdə et məni
Məcruhâ səhâb ola şeb-i hicrân iyləsün 
Qılmazmı ki hüsrəvâ könlümü, meh et məni
Qan eylər çeşm-i əbrini âtəş-i təmrənin 
Müştâkları itdüğün gibi bîstûn et məni
Gər içrə ışık dilər isən mübtəlâ Günî 
Göstər şuarâya qəzəlin, zirvə et məni

-Məf'ûlü Məfâilü Məfâilü Fâilün- (GÜNÎ) "  

Divanı tapmağımın gətirdiyi sevinclə, yuxu vasitəsiylə xatırladığım ölüm həqiqətini bir bəşərə yaraşacaq həyasızlıqla unutmuşdum. Halbuki o həqiqi yuxuda nə qədər qorxmuşdum, necə qarışıq duyğular yaşamışdım. Barı bundan belə ölümün şah damarımız qədər yaxında olduğunu xatırlayaq. Dünya qoxulu olsam da,maddədən ayrılıb mənaya çata bilməsəm də hələ xoşbəxtəm... Xoşbəxtəm "ədəbi" həyatımın bitməmiş olduğuna və təbii ki, "əbədi" həyatımın fərqinə vardığıma...


Araf¹ -- Dini inanclara görə cənnət ilə cəhənnəm arasında ola yer.

Darülfünun² -- Keçmişdə üniversitet mənasında işlədilmişdir.

Tərcümə etdi: Ruslan Dost Əli
 
Miq.az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az