Ebru Gündeşin 3 ilədək həbsi istənilir - Rzanın hədiyyəsi Ebruya baha başa gəldi

Ebru Gündeşin 3 ilədək həbsi istənilir - Rzanın hədiyyəsi Ebruya baha başa gəldi
ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Sərrafın ad günündə hədiyyə etdiyi malikanə müğənni Ebru Gündeşin başına bəla olub.

Miq.az  axşam.az-a istinadən bildirir ki, sənətçi dənizkənarı tarixi malikanədə təmir işləri gördürməsi Mədəniyyət və Təbii Abidələrin Qorunması qanununu pozduğu üçün məhkəməlik olub. Ebrunun 3 ilədək həbsi tələb edilib.
Gündeş bu ittihamı qəbul etməyib. Müğənninin vəkili Can Gürel açıqlamasında bu cür iddianəmələrin hüquqi müstəviyə daşınmasını doğru hesab etməyərək ittihamla bağlı şikayət ərizəsi verəcəklərini bildirib. Onlar prosesə yenidən baxılmasını tələb ediblər.

Məhkəmə təxirə salınıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az