Ədalətin çatmadığı ünvan: XOCALI

Ədalətin çatmadığı ünvan: XOCALI

İllərin geri sayımında onun haqqında deyilən - AĞISI AĞRISINDAN AĞIR IFADƏLƏRI seçib 26 cümləlik bir mətndə xatırlatdığın fikrin son nidası "Xocalıya Ədalət !” olacaq.

Ədalət haraylamaqla, barmaq yanamaqla olsa, gəlsə idi indi Xocalıdan belə o yana keçmiş olardı. Çoxmu uzaqdan durub harayladıq?! Çoxmu yüksəkdə durub yanadıq?!

Bir az doğruçu olaq!

Fikrimi təqdir edəcək, ya ağız büzəcəklər. Yazdığm ya çox oxunacaq, ya heç oxunmayacaq... Bir çoxumuzun dərdi elə bu deyilmi? Daha çox qulaqlara çatsın. Daha çox Mark "like”ı alsın. Özünü sığortamız da hazır. "Manipulyasiya etmirəm bu dərdlə”...((( Açıq mötərizə təəssüfü və ya kədərin üzümüzdə öz yalanına ironiyası olan qapalı mötərizə mimikası ))). 

Bir neçə il əvvəl torpaq yanğısı, Vətən üsyanı, ədalətsizliyə qəzəbinin qəlblərdə şimşəyə dönüb yandırdığı yerə bir də nəzər salın. O yanğıdan, üsyandan, qəzəbdən 26 il nə qədər götürüb?!

Bir az doğruçu olaq!

Ümidlər inamsızlıq gədiyində başından papağı düşmüş qoca, yeriməyi öyrənmədən yıxılan uşaq kimi böyrü üstədir. Hər keçən il nə zaman düşdüyü yerdən nəşinin qaldırılıb məzara qoyulacağını gözləmir. Çünki o düşmən tapdağında olsa da, öz yerində-yurdundadır.

Bu tamaşanın 26 illik seyrçiləri kimi təkrar-təkrar baxıb gözyaşalarımızı sildiyimiz "Soyqırım” faciəsinin rejissorlarına təsirlənmək yolunda yürüməyə davam edirik. Və bir gün... Ya elə, ya belə... 

Bitəcək!!! Hələ ki, yolayrıcında 26 ildir istiqamət nişanını necə quraşdırmağı düşünürük. 

"Körpünün tikilməsi üçün çayın sənə gəlməsini gözləmə” deyə oxumuşdum. Körpü salmaq üçün özün çaya doğru getməlisən. Xocalıya körpü!!!

Eh qəhər boğur məni. Əlimdə qələmim titrəyir. Bura qədər 26 cümlə. 

Xocalıya Ədalət!...

27-ci cümləsi - gələn ilə, gələn ildə saxlanılı... (((

Tünzalə Vəliqızı, Moskva
26.02.18

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az