Ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi altında islahatlar bundan sonra da davam etdiriləcək

Ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi altında islahatlar bundan sonra da davam etdiriləcək

XX əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi hadisələrin fonunda yaranan şərait olduqca ağır,məşəqqətlərlə müşahidə olunub. Bir yanda böyük güclər, digər yanda isə millətlərin istiqlal savaşı uğrunda mücadiləsi dayanırdı.Nəticədə dünyanın siyasi xəritəsində yeni mənzərə yaranmağa başlamışdı. Osmanlı dövləti kimi böyük bir imperiya süquta uğramış, Rusiya imperiyasının sərhədləri daxilində xalqların azadlığı uğrunda mübarizəsi geniş vüsət almışdı. Belə bir şəraitdə Qafqazdakı hadisələrdə yeni dövlətlərin yaranmasına şərait yaratmışdı.1918-ci ildə Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan Respublikalarının meydana gəlməsi artıq reallığa çevrilmişdi.

Xalqımız çoxəsrlik dövlətçilik ənənələrinə  malikdir. Ən qədim sivilizasiyaların Azərbaycan ərazisində mövcudluğu sirr deyil. Manna, Midiya , Atropatena, Albaniya kimi qədim dövlətlər xalqımızın tarixi ilə sıx bağlıdır.Albaniyadan sonra Xilafət dövrü , Cacilər, Salarilər, Şirvanşahlar dövlətləri, bunun davamı olaraq Qaraqoyunlu, Ağqoyunludövlətləri və ən güclü Azərbaycan dövləti kimi tariximizdə yer almış Səfəvi xanədanlığı  bir xalq kimi dövlətçilik ənənələrinə sahib olmağımızın bariz sübutudur.Səfəvilərin hakimiyyətindən sonra mövcud xanlıqlar dövrü isə böyük gücə çevrilən Rusiya – İran dövlətlətlərinə qarşı müqaviməti təşkil eləməyə imkan vermədi. Nəticədə Gülüstan və Türkmənçay müqavilələrinə uyğun olaraq dövlətçiliyimizin itirilməsi ilə nəticələnmiş oldu. Ancaq buna baxmayaraq xalqımızın ruhundakı  azadlıq istəyi,əyilməzliyi, qəhrəmanlığı sayəsindəaz keçmədiki yenidən müstəqilliyimizə və dövlətçiliyimizə qovuşduq.

Əsrin əvvəllərində babalarımızın qurduğu AXC –nin yaranmasına müxtəlif aspektlərdən yanaşsaq,onlardan birincisi təhsilli və ziyalı vətənpərvər nəslin yetişməsi kimi başa düşmək olar. Çar Rusiyası dövründə ucqarlarda məktəblərin açılması, Azərbaycandan canişinlik mərkəzi Tiflisə və imperiyanın paytaxtı Sankt Peterburqa azərbaycanlı uşaqların göndərilməsi milli davamızın əbəs yerə getmədiyinə səbəb oldu. Formalaşan siyasətçilərimiz , hüquqşünaslarımız, iqtisadçılarımız millətə layiq bir dövlət qurmaqla böyük dövlətlərin diplomatları və başçıları ilə yüksək mədəniyyətə, zəkaya məxsus olmaqla danışıqlar aparmağı, Azərbaycanı təmsil etməyi bacardılar. Bununlada biz bu gün keçmişə, tarixə baxanda babalarımızın gördüyü işlərə görə qürur hissi keçiririk.

Əsrin əvvəllərində Azərbaycanda da siyasi vəziyyət olduqca ağır idi. Böyük güclər Qafqazı oda qalamışdılar. Təbii ki, Qafqazda əsas böyük xalq olduğunu qeyd etməklə deməliyik ki, ermənilərin iştirakı ilə dəhşətli hadisələrin əsas qurbanları məhz azərbaycanlılar olmuşdular. O dövrdə Gürcüstan ərazisi gürcülərə məxsus olduğu halda Ermənistanda belə vəziyyət mövcud deyildi. Ermənilərin sayı azərbaycanlılardan qat-qat az idi. 100 faiz əhalinin 70 faizini azərbaycanlılar, 30 faizini ermənilər təşkil  edirdi. Ərazidə feodal dövlət quruluşuna məxsus olan İrəvan xanlığından sonra Rusiya tərəfindən ilhaq edilib,imperiya sərhədlərinə qatılsada və burada xanlığı quberniya əvəz eləsədə erməni dövləti məhz 1918-ci ildə Azərbaycan , Gürcüstannın müstəqilliklərini bəyan eləməsi nəticəsində erməni dövlətinin yaranmasına səbəb oldu.

Belə bir şəraitdə, 28 may 1918-ci ildə Azərbaycandan kənarda, qonşu Gürcüstanda AXC elan olundu. Təbii ki, həmin dövrdə Azərbaycan ərazisində ictimai-siyasi vəziyyət ağır olduğundan, bolşevik-daşnak ünsürlərin Bakıda və digər şəhərlərdə xalqımıza qarşı törətdikləri cinayətlər, qanlı qırğınlar buna imkan vermirdi. Rusiyanın bir əyaləti kimi azərbaycanlılar özünümüdafiə imkanlarına malik deyildilər.Bir sözlə babalarımız dövlətimizi yaradana, onu möhkəmləndirənə qədər milli təhlükəsizliyimiz indiki qədər etibarlı deyildi. Xülasə, AXC elan olunanda ilk atdığı addım demokratik dövlət yaratmaq oldu. Bu isə şərqdə ilk demokratik dövlətin qurulması demək idi.Avropa ölkələrində qadınlara seçib, seçilmək hüququ verilmədiyi halda AXC seçkilərdə qadınların iştirakını təmin etdi. Bütün bunlar AXC-nin qanunların yaradılması, hüququ dövlət qurması istiqamətində gördüyü işlərin prioritet təşkil etdiyini göstərir. AXC elan olunarkən  yaradılan ilk hökumətin tərkibində Ədliyyə Nazirliyinin təsis olunması  hüquqi islahatlar çox önəm verilməsindən xəbər verir. Odur ki, şanlı tariximizə nəzər yetirməklə Ədliyyə nazirliinin keçdiyi yolu bir daha yada salaq.

Yaradılması

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmışdı. Fətəli xan Xoyskinin Tiflisdə təşkil etdiyi 1-ci hökumət kabinəsində ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov olmuşdur. Həmin il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil olunmuş 2-ci Hökumət kabinəsində özü Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, ədliyyə naziri vəzifəsini də icra etmişdir. 1918-ci il iyunun 27-də keçmiş Tiflis məhkəmə palatasının üzvü Teymur bəy Makinski nazirin müavini təyin olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan (1918, dekabr) sonra F.X.Xoyskinin dekabrın 26-da təşkil etdiyi 3-cü Hökumət kabinəsində ədliyyə naziri vəzifəsi boş qaldı və 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni Hökumət təşkil edənə qədər həmin vəzifənin icrası T.Makinskiyə tapşırıldı. N.Yusifbəylinin təşkil etdiyi Cümhuriyyətin 4-cü Hökumət kabinəsində bu vəzifəni sosialist Aslan bəy Səfikürdski tutdu. N.Yusifbəylinin təşkil etdiyi 5-ci Hökumət kabinəsində isə ədliyyə naziri vəzifəsi X.Xasməmmədova həvalə olundu.

Fəaliyyəti

Yarandığı ilk günlərdə Ədliyyə Nazirliyinin ştatı yalnız nazirdən ibarət idi. Gəncəyə köçdükdən sonra isə Cümhuriyyət Hökumətinin 1918-ci il 26 və 30 iyun tarixli qərarları ilə nazir müavini ştatı verilməklə, nazirliyin idarə strukturu, dəftərxanası yaradıldı. Həmin ilin sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sentyabrın 17-də Bakıya köçdü. Ədliyyə Nazirliyi sentyabrın 26-dan Bakıda fəaliyyətə başladı. Noyabrın 22-də nazirliyə yeni ştat vahidləri - dəftərxanasına 5 nəfər kargüzar və 8 nəfər dəftərxana xidmətçisi ştatı verildi, bu struktura direktor və direktor müavini təyin olundu. 1919-cu il avqustun 11-də Hökumətin qərarı ilə Ədliyyə Nazirliyi sistemində həbsxana işləri şöbəsi də yaradıldı. Cümhuriyyət Parlamentində qəbul olunan qanun layihələrinin əksəriyyətinə Ədliyyə nazirliyində baxıldığından, 1919-cu il noyabrın 28-də nazirliyin ştatını artırmaq barədə qanun layihəsi hazırlanıb, Parlamentin müzakirəsinə təqdim olundu. Layihə üzrə qəbul edilmiş qanuna əsasən, Ədliyyə Nazirliyi sistemində tərcüməçilər, hüquq məsləhətxanası şöbələri və mühasiblik yaradılır. Ədliyyə Nazirliyi ilk günlərdən ölkədə anarxiya zamam dağıdılmış mehkəmə aparatı sistemini, birinci növbədə, Bakı və Gəncə dairə məhkəmələrinin və onlarm yanındakı prokuror nəzarətinin, habelə yerlərdə barışıq məhkəmələrinin fəaliyyətini bərpa etməyə başladı. Fəaliyyətinin birinci ilində nazirlikdə şəxsi heyət üzrə 272 nəfər işə təyin edilmiş, 153 nəfər işdən azad olunmuş, 20 nəfər isə müxtəlif vəzifələrə keçirilmişdi.
1918-ci il oktyabrın 9-da Fövqəladə Təhqiqat Komissiyası Ədliyyə Nazirliyinin sərəncamına verildi. Məhkəmə sahəsində işlərin bərpa olunması ilə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Palatasının yaradılması barədə məsələ qaldırdı. 1918-ci il noyabrın 14-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsini təsdiq etdi. 1919-cu il mayın 21-də nazirlik ayrı-ayrı idarələrdə vəzifədən sui-istifadə hallarının və xidməti cinayətlərin təhqiqi ilə əlaqədar xüsusi Təftiş-İstintaq Komissiyasının yaradılması barədə qanun layihəsini Parlamentə təqdim etdi. İyulun 27-də Parlament həmin layihə əsasında qanun qəbul etdi. Qısa müddətli fəaliyyəti dövründə Ədliyyə Nazirliyi ölkədə hüquq mühafizə orqanlarının təşkili ilə yanaşı, hüquq mühafizəsi, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi sahəsində də böyük iş gördü. 1920-ci il aprelin 27-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Ədliyyə Nazirliyi də fəaliyyəti dayandırdı.
SSRİ dövründə Ədliyyə nazirliyinin funksiyaları azaldılmış, digər dövlət qurumları arasında səlahiyyətləri bölüşdürüldüyündən adı çəkilən nazirliy demək olarki əhəmiyyətini itirmişdi.
Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Ümummilli lider Heydər Əliyevdən sonra ,onun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi  Ədliyyə islahatları ölkəmizin inkişafı,ədalətin təmin edilməsi yolunda uğurla davam etdirilməkdədir. Məhkəmə - Hüquq sisteminin təkmilləşdirilməs,i vətəndaşlarımızın hüquqlarının qorunması, ədalətin təmin olunmasında aparılan siyasət özünü doğrultmaqdadır. Məhkəmə islahatı kimi  İnzibati-İqtisadi məhkəmələrini yaradılmasıda bu qəbildən həyata keçirilən tədbirlərdəndir. İndi rayon sakinləri hüquqlarının məhkəmələr yolu ilə təmin olunmasında daha rahat təmin etmiş olurlar.
Ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi altında islahatlar bundan sonra da davam etdiriləcək. Bizim buna zərrə qədər də şübhəmiz yoxdur.Şərqdə ilk dəfə demokratik respublika qurduğumuz kimi, ədliyyəmizin də dünyanın ən qabaqcıl ölkələri ilə müqayisələndiriləcəyinə inanırıq.

Nəriman İsmayılov
Bərdə rayon Qeydiyyat Şöbəsinin rəis əvəzi




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az