Əfsanəvi idmançı vəfat etdi - O doğma şəhərində dəfn olunacaq

Əfsanəvi idmançı vəfat etdi - O doğma şəhərində dəfn olunacaq
Əfsanəv boksçu dünyasını dəyişdi. İdman dünyasının ən parlaq və məşhur simalarından olan əfsanəvi boksçu Məhəmməd Əli bu səhər  75 yaşında dünyasını dəyişib. 

İdmançı ABŞ-ın Finiks şəhərindəki xəstəxanalardan vəfat edib.

Məhəmməd Əli 1980-ci illərdən bəri Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Boks tarixçiləri, idman ekspertləri, boksçular və  azarkeşləri tərəfindən "bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar amerikalı həm də insan hüquqları mühafizəçisi və ABŞ-da ilk İslam təşkilatının liderlərindən biri olub.

Məhəmməd Əli idman tarixin ən yaxşı idmançısı seçilib. 
 
Bu səhər ABŞ-ın Finiks şəhərində vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əli doğulduğu Luisvill şəhərində (Kentukki ştatı) dəfn olunacaq. Bu barədə onun yaxın qohumları məlumat verib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az