Əfv sərəncamının imzalanacağı vaxt açıqlandı

Əfv sərəncamının imzalanacağı vaxt açıqlandı
Əfv sərəncamı mayın ikinci yarısında imzalanacaq.

Əfv Məsələləri Komissiyasından moden.az-a verilən məlumata görə, hazırda iclaslar davam etdirilir, daxil olan müraciətlərə baxılır.
Növbəti həftə Komissiyanın iclaslarını yekunlaşacağı gözlənilir. Xalq Cumhuriyyətinin 100 illiyi ərəfəsində yüzlərlə məhkum azadlığa qovuşacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 600-dən artıq müraciətə baxıb.
Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az