Ehtiyatda olan polkovnik: Erməni ordusunda itkilər artacaq

Ehtiyatda olan polkovnik: Erməni ordusunda itkilər artacaq
Ermənistan ordusunda itkilər olub, var və bundan sonra daha da çoxalacaq.

Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər cəbhə xəttində ermənilərin çox itki verməsini şərh edərkən bildirib.
Polkovnikin sözlərinə görə, düşmən əsgəri təşviş içindədir:
"Erməni əsgərləri anlayırlar, onlar işğalçıdırlar, öləndə də öz torpaq uğrunda ölümürlər. 
Lakin əksinə, Azərbaycan əsgəri öz torpaqları uğrunda şəhid olmağa hazırdır. Çünki bizim əsgər öz ata-baba yurdunu qaytarmaq istəyir. Erməni əsgəri isə narahatlıq içindədir. Erməni gəncləri təzyiq altında böyüyür. Düşmən öz haqsızlığını bilir, anlayır ki, işğalçıdır. Hətta Ermənistan özü qondarma Qarabağ Respublikasını tanımırsa, Qarabağda xidmət aparan erməni əsgərləri arasında hansı ab-havanın olduğu bəlli olur.
Polkovnik Ş. Ramaldanov qeyd edib ki, düşmən başa düşür ki, işğalçı erməni Azərbaycan ordusunun qarşısında dura bilməyəcək:
"Düşmən tərəfdə itkilərin olması gözləniləndir. Çünki qorxu altında, haqsızlıq altında xidmət edən əsgərin vəziyyəti necə ola bilər? Erməni əsgərləri bir-birini öldürməyə davam edəcəklər. Təbii ki, minalara düşəcəklər, özlərinə qəsd edəcəklər, hərbi hissədən qaçacaqlar”. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az