Əkizlər Damla ilə bir səhnəyə çıxmaqdan imtina etdilər - QALMAQAL

Əkizlər Damla ilə bir səhnəyə çıxmaqdan imtina etdilər - QALMAQAL
"İstəmirik bizim yolumuzu onunla bir tutsunlar. O, başqadır, biz başqa... O, etdiklərini biz, biz etdiyimizi o edə bilməz". 
 
Bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Əkizlər müğənni Damla ilə küsülülüklərindən bəhs ediblər. Bacılar bildirib ki, buna səbəb Damla ilə eyni səhnəyə çıxmaqdan imtina etmələri olub: "Məkan olaraq restoran zəng edir ki, sizə konsert etmək istəyirik. Filankəslər də olacaq... Deyirik ki, biz olmayacağıq. O, şəxslər min istəyirsə, biz on min istəyirik. Buna gücünüz çatmayacaq. Bizim üçün solo konsert edin. Bu şərtləri onları bəyənmədiyimiz üçün yox, gördüyümüz işə hörmətlə yanaşmaq üçün qoyuruq. "Filankəslər olacaqsa, biz olmayacağıq" demək qudurğanlıq deyil. 
Damla inciyirsə, özü bilər. Özünə başa salmışıq ki, incimə. Hansısa 20 minə "yox" demişiksə, özümüzü daha yüksək səviyyədə görmək istədiyimiz üçündür. Sən də bizim kimi olmaq istəyirsənsə, bu cür et. İldə 50 min az qazanacaqsan,amma yaxşı yerdə olacaqsan". //Axşam.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az