Ekologiya və Təbii Sərvətlər Nazirliyindən-NARAZILIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən-NARAZILIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bayram hədiyyəsi: Nazir işçilərinə maaşlarının 50 faizi qədərində mükafat  verilməsi üçün əmr imzalayıb.

Ancaq işçiləri bu lütfkarlıqdan yararlana bilmirlər. Ona görə ki nazirliyin idarələri ləğv olunub yenidən yaradıldığından işçilərin özlərinin işə qəbul əmrləri hələ verilməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparılan islahatlar sonrası müşahidə olunan durum heç də ürək açan deyil. Nazirliyin tabeliyində olan idarələrin ləğvi və yenidənqurulması istiqamətində atılan addımlar əsasən işçilərdə narazılıq yaradıb. Adının çəkilməsini istəməyən nazirliyin idarələrindən birinin işçisi bildirib ki, yeni yaradılan idarələrin formalaşdırılmasını uğurlu addım hesab etmək olmaz. Ona görə ki, bu həm işçilərin uzaq məsafə qət edərək işə gedib-gəlmək kimi çətin durumla üz-üzə qoydu, həm də idarələrin  illərlə formalaşan maddi texniki bazasına  ağır zərbə vurdu. İdarə ofisləri mövcud şəraitdən üstün imkanlara sahib olmaq əvəzinə, daha pisinə köçürülüblər. 

Məsələnin bir tərəfi belə olmaqla yanaşı digər tərəfi də var ki, işçilərin sosial vəziyyəti ağırlaşıb. Artıq yeni idarələrin yaradılmasından iki ay keçməsinə baxmayaraq, işçilərin işə qəbulu barədə hələdə əmr yoxdur. Bu isə o deməkdir ki, bu işçilərin maaş almadığı iki aydan çoxdur. Tələb olunan işdə az deyil. "Meşələrdəki fermaların siyahısını gətir”. "Meşələrdən fermaları köçür” və,s. Həm böyük əraziləri gəz, dolan, həm də şəxsi problemlərin üçün maddiyyat xərclər tələb olunsun, belə bir hal da onların taleyin ümüdünə buraxılması başa düşülən deyil. Meşə təsərrüfatı işçisinin ağrılı söhbətindən məlum olur ki, onlara belə getsə üç ayın tamamındada maaş verilməyəcək. Çünki onda olan məlumata görə onların maliyyə üçün gərəkli olan sənədlərinin heç biri hələ hazırlanmayıb. Nə əmək müqaviləsi, nə tarifkasiya tərtib olunub , təsdiqlənməyib.Maliyyə nazirliyinə bu sənədlər də nə vaxt getsə xeyli müddətdə orada ləngimələr olacaq.

İslahat vəziyyətin yaxşılaşmasına xidmət etməli olduğu halda mənfi fəsadlar ortaya qoyub. Əgər bu islahat bu nazirliyin özünü "vurmağa” səbəb olubsa cəmiyyət üçündə səmərəliliyi inandırıcı görünmür. Görünür islahat fikrinə düşən nazir Muxtar Babayev yolun sonuna çatmaq üçün xəritəyə malik deyil. Onun elədikləri ağıla gələn qəfil düşüncələrin məhsuludu. Belə olmasa nazirliyin minlərlə əməkdaşı  bu əziz gündə belə bir məhrumiyyətlə üzləşib, maaşsız qalmazdı.

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev nazirliyin əməkdaşlarına qurban bayramına görə maaşlarının 50 faizi dəyərində mükafatlandırılması barədə əmr imzalayıb. Əfsuslar olsun ki, yeni yaradılan qurumların keçmiş əməkdaşlarının işə qəbulu haqqında nazirin əmri olmadığından qurbanlığın mükafatından faydalanmaq heç kimə qismət olmayıb.
Acınacaqlısı da məhz budur ki, Qurban bayramı günündə nazirliyin əməkdaşları nəinki nazirin mükafatını, öz halal əmək haqqılarını belə ala bilmirlər.
Ümid edirik ki, nazirliyin yüksək vəzifəli şəxsləri maddi sıxıntılar keçirən, sosial vəziyyəti o qədər də yüksək olmayan əməkdaşlarının halına biganə qalmayacaq. Tezliklə onların əmək haqqlarının alınmasında yaranan çətinliyi aradan qaldıracaqlar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az