Taktiki QƏLƏBƏ, strateji MƏĞLUBİYYƏT-Hərbi icmalçı

Taktiki QƏLƏBƏ, strateji MƏĞLUBİYYƏT-Hərbi icmalçı

"Qarabağı qaytarmaq üçün müharibənin qaçılmaz olduğuna mən o zamanlardan inanıb, deyirdim ki, o vaxtlar bu fikir cəmiyətin böyük əksəriyəti tərəfindən az qala ekstremist fikir kimi qəbul olunurdu və danışıqlar yoluna sonsuz ümidlər var idi. Qarabağ nizamlanmasına, ermənilərə, ruslara, azərbaycanlılara, amerikalılara və s. bütün baxışlarımı və fikirlərimi də müharibə kontekstində ifadə edirəm. 

Lakin əgər hər yazımda müharibə çağırışı etmirəmsə, bu, o demək deyil ki, müharibə ehtimalını rədd edirəm. Ciddi təhlildə öz istəklərini kənarda saxlamalısan, yoxsa bu, təhlil yox, təbliğat olur. Təbliğat da öz yerində lazımdı, bunları sadəcə ayırd etmək üçün qeyd elədim."

Bu fikirləri Miq.Az saytına açıqlamasında Qarabağ qazisi, ehtiyatda olan zabit, hərbi icmalçı Nazim Bayram bildirdi. 

"Desəm ki, Qarabağa görə narahat deyiləm, yalan olardı. Lakin mənim narahatçılığım Qarabağa rusun gəlməsi ya Trampın tanıması ilə bağlı deyil. Müharibənin başlanmayacağı ilə də bağlı deyil. Müharibə qaçılmazdır və olacaq. Bunu artıq 2016-cı ildə dünyanın bütün ciddi təhlil mərkəzləri əsaslandırıb və proqnozlaşdırıb. Hərçənd, mənim öz təhlil qabiliyətim mənə kifayət edir, bu dəlili isə geniş oxucu üçün gətirirəm."-deyə bildirən hərbi icmalçı daha sonra Azərbaycanı hansı təhlükənin gözləyə biləcəyini də qeyd etdi:

"Məni narahat edən odur ki, müharibə ilə ətraf 2-3 rayonu azad edib, BMT TŞ-nın qətnamələri ilə dayandırılarıq, Dağlıq Qarabağ qalar ermənilərin nəzarətində və biz bir daha müharibə edə bilmərik, Qarabağın statusu yeni yaranmış, zahirən xeyrimizə olan, şəraitdə müzakirə olunar. Açıq deyək ki, bu, ermənilərin strateji qələbəsi olardı. Çünki onlar müharibəni ətraf rayonlar üçün yox, məhz Qarabağın dağlıq hissəsinin işğalı üçün başlamışdılar. 

"Rus gələcək", "Tramp tanıyacaq"... bunlar yanlış xoflardı. Əsas odur ki, xalq ayıq olmalı və  dövlətimiz Qarabağın bütününə hərbi nəzarəti düşünməlidir."

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az