"Elçin Quliyev kimi ləyaqətsizlər, quldur generallar MTN-i dağıtdılar" — MTN İŞİ


Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Miq.az-ın Report-a istinadən xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə E.Quliyev bildirib ki, bura gələnlər öyrədilib.
Zərərçəkmiş Maqsud Mahmudov buna etiraz edib. Onunla E.Quliyev arasında mübahisə düşüb.
"Elçin Quliyev kimi ləyaqətsizlər, quldur generallar MTN-i dağıtdılar", - M.Mahmudov bildirib.
E.Quliyev M.Mahmudovu dələduz adlandırıb.
M.Mahmudov da onu şərəfsiz adlandırıb.
Hakim M.Mahmudovu zaldan çıxarıb.
Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az