Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi

Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi
Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib. 

Modern.az saytı sosial şəbəkələrdə yayılan xəbəri dədiqləşdirmək üçün Bakı şəhər İcra Hakimiyyətinin Aparatı ilə əlaqə saxlayıb. 

Meriyanın Apatatından xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib, amma Meriyada başqa işə keçirilib. Rasim Quliyevin yeni vəzifəsi barədə isə açıqlama verilməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən müavin Eldar Əzizovun Meriyaya yeni Aparat rəhbəri gətirdiyi də bildirilir.
R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Əvvəllər "Səs” qəzetnin baş redaktor müavini, sonra Səbaildəki 30 saylı Dairə Seçki Komissiyasının sədri olub. Daha sonra Bakı Meriyasının Aparat rəhbəri təyin edilib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az