Polkovnik Sabiroğlunun vəziyyəti QƏFİL PİSLƏŞDİ- Onu Türkiyəyə apardılar

 Polkovnik Sabiroğlunun vəziyyəti QƏFİL PİSLƏŞDİ- Onu Türkiyəyə apardılar

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun səhhəti qəfil pisləşib və o təcili Türkiyəyə aparılıb.

Miq.Az xəbər verir ki, bu barədə məlumatı oğlu, həbsdən yenicə çıxmış Rüfət Səfərov verib. 

Onun sözlərinə görə, atasının vəziyyəti kritikdi.

R.Səfərov atasının səhhətinin qəfildən pisləşməsinə səbəb kimi bunları deyib:

Həbsdə məruz qaldığım heyvani münasibətin təfərrüatına qədər atamı məlumatlandıran dostlardan biri qaş düzəltmək istəyərkən gözün giləsini çıxarıb. Lazım deyildi…

Atam çox pis vəziyyətdə xəstəxanaya yerləşdirildi. Vəziyyətin kritik həddi bizi məcbur etdi ki, atam Eldar Sabiroğlunu Türkiyəyə və həkimlərinə etibar edək. Balaca Sabirlə birgə dualar edirəm… Zatən əlimizdən başqa heç nə gəlmir”.
 
Polkovnikin təcili olaraq Türkiyəyə aparılması ilə bağlı təhsil eksperti kimi tanıdığımız Etibar Əliyev də status yazib. 

O statusunda bildirib ki, həbsdən yenicə çıxmış Rüfət Səfərovun atası, Müdafiə nazirliyinin Mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun səhhəti qəfil pisləşdiyindən, Türkiyəyə aparıblar:

"Onun son müsahibəsindəki bu məqam adamın qanını dondurur: "Anamın hüzüründə hökumətyönlü adamlardan adi birisi belə gözə dəymədi, ancaq tanınmış müxalifət liderləri gəlib başsağlığı verdilər. Təşəkkür edirəm onlara." Qeyd edim ki, Eldar Sabiroğlu həm də YAP-ın ən tanınmış simalarından biridir.
Bu bir daha onu göstərir ki, biz siyasi xalqıq. Vəzifə dəyər daşıyıcısına çevrilib. Bu cür dəyər sabun köpüyü kimi bir şeydir. Siyasət cəmiyyətimizə nifaq salıb. Bizi bir -birimizə bağlayan mənəvi tellər qırılıb."

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az