Elektrik yarımstansiyasındakı partlayışa görə cinayət işi açıldı

Elektrik yarımstansiyasındakı partlayışa görə cinayət işi açıldı
Samux rayonunda elektrik yarımstansiyasında baş verən partlayışla bağlı cinayət işi açılıb.

Miq.az publika.az-a istinadla xəbər verir ki, Əhmədbəyli kəndində yerləşən "Gəncə" yarımstansiyasında baş vermiş və orada işləyən 1978-ci il təvəllüdlü Elmir Natiq oğlu Həsənovun termiki xəsarətlər alması ilə nəticələnən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1-ci (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulma) maddəsi ilə iş başlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırmalar aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az