Elgün Gəncimsoy: "Kələklə gələn küləklə gedər" (bloq yazı)

Elgün Gəncimsoy:
Məni tanıyan və bilənlər buyurub əksini yaza bilər. Əgər varsa yazsınlar. Tənqidə açıq biriyəm və həmin yanlışlıqları aradan qaldırmağı bacarıram. Bununla yanaşı həm də tənqid etməyi çox sevirəm! Bu heç...

İndi keçim sözümün canına... Lap canım çıxsa da düzünü və olanı deyəcəm.

Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov cənab Prezident tərəfindən rayona göndərilən gündən onu ilk dəfə davamlı və açıq şəkildə mən tənqid etmişəm. Bu hal hələ də davam edir və edəcək. Baxmayaraq ki onunla səmimi görüşlərim olur və hər dəfə mən ona rayonda olan problemləri davamlı yazacağımı deyirəm. Buna şahidlik edənlər də az deyil. Bu gün sizə yoldaş başçı rayona gələndən sonra nələrin dəyişməyindən qısaca danışım:

Vətəndaşların qəbul problemi yoxdur. Onlar yerlərdə və yaşadığı bölgədə qəbul edilib dinlənilir. Ən əsası şəhid ailələrinə və Qarabağ əlillərinə xüsusi diqqət göstərir. Qayğılarına qalır. Buyurub araşdıra bilərsiniz. Haqqı olan, haqqını rahatlıqla deyə və ala bilir. Halbuki əvvəlki illərə nəzər salsaq görərik ki... Nəysə... Gedənin arxasından danışmaq da bir şey deyil.

Dəyərli dostlar, mətbuatda və sosial şəbəkə səhifələrində V.Həsənov haqqında qərəzli yazılar dərc edilməyə başlayıb. Qara kompaniya sürətlə hər tərəfi bürüyüb. Hətta yazı yazan saytların bəziləri çörək kəsdiyim adamlardı. Onlar isə rayonda nələr baş verdiyini məndən dəqiq bilənin olmadığını bilə-bilə kiməsə istinad edib həqiqəti əks etdirməyən yazı yayıblar...

Ay qardaş, niyə bir maraqlanırsınız bu apreldə hansı istiqamətdə qazı olub? Harda vuruşub? Hanı əlillik statusu?! Hanı bunun bədənində arpa boyda da olsa qəlpə yarası?! Yazırsan yaxşı edirsən, heç olmasa qazi yazma dəə... sakin yaz...

İcra başçısı Vaqif Həsənov yoldaşa sonuncu müraciətim bir şəhid xanımının (O bacımdan üzr istəyirəm ki, bunu dilimə gətirdim) əməliyyat məsələsi oldu. Başçı işi araşdırandan sonra həmin xanımı xüsusi maşınla Bakıda yerləşən özəl xəstəxanaların birinə yerləşdirib əməliyyat etdirdi. Əslində bu məsələni Vaqif müəllim şəhidin ailəsi (oğlu və qızı) , bir də mən bilirdim. Amma indi yazmağa məcbur oldum. Gərək pisindən yazanda yaxşısına da qor olmayasan. Vaqif Həsənov şəhid ailəsi və Qarabağ əlili mövzu ilə tənqid oluna və ləkələnə bilməz. Xahiş edirəm çayı aydan, ayı çaydan soruşub yazmayın.

Sonuncu sətrimsə xüsusi hədəfin "doqquzunadır". Vaqif Həsənovun rəhmətlik atasının kiminsə rəhmətlik atasına borcu yoxdur ki, gəlib pul istəyərsiniz. Verməyəndə də pis kişi ola... Neçə deyərlər "Kələklə gələn küləklə gedər" çalışın halallıqla qazanmağın yolunu tapın ki xeyir işlərə xərcləyə bilərsiniz.

Yeri gəlmişkən pulun aldığınız "dostlarınızın" oğurluqların niyə yazmırsız? Ay sizi dəcəllər...)

İstənilən sayt və səhifə dərc edə bilər.

Elgün Gəncimsoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az