Əli Əhmədov: "Qadınlar fəaliyyət göstərməsəydi..."

Əli Əhmədov:

"YAP olaraq, partiyaya üzv olan qadınların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməsini arzulayırıq".

VİZUAL.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının "Uğurdan uğura 20 il" mövzusunda keçirilən konfransında çıxış edən partiya sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavini əlavə edib ki, YAP-ın nüfuzunun artırılmasında qadınların rolunun artırılmasına ehtiyac var: "Güman edirəm ki, qadınlarımızın partiyada 40 faiz təmsilçilyi yalnız statistika ilə bağlı olmalı deyil. YAP-ın qarşısında duran əsas məsələlərdən biri də qadınlarımızın iştirak payının daha da artırılmasına nail olmaqdır ki, daha böyük uğurlar əldə edilsin".

Ə.Əhmədov qeyd edib ki, YAP Qadınlar Şurasının yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycanı bütün dünyaya təqdim etmək niyyətindən irəli gəlirdi: "Qadınlar Şurasının yaradılması ehtiyacı obyektiv olaraq əmələ gəlmişdi. Hesab edirəm ki, bütün YAP vasitəsilə çoxlu sayda Azərbaycan qadını ictimai-siyasi həyata inteqrasiya edə bilib. Qadınlar Şurası olmasaydı, qadınlar fəaliyyət göstərməsəydi, YAP bu gün gözlərimizin önündə canlanan partiya kimi ola bilməzdi, qüdrətli təşkilat səviyyəsinə gəlib çata bilməzdi".

YAP sədrinin müavini bildirib ki, Qadınlar Şurasının fəaliyyəti təqdirəlayiqdir: "Bundan sonra qadınlarımızın rolu daha da artacaq".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az