Əli Həsənovun 2 milyard manat mənimsəməsi iddiasına CAVAB

Əli Həsənovun 2 milyard manat mənimsəməsi iddiasına CAVAB
Noyabrın 15-də bəzi KİV-lərdə dərc olunmuş "Əli Həsənovla bağlı şok məlumat - 2 milyard manat mənimsəyib" başlıqlı yazıya qarşı tərəfdən cavab verilib.


Baş naziri müavini, "Dövlətqaçqınkom"un sabiq sədri Əli Həsənovun köməkçisi Ramin Talıblı bununla bağlı Moden.az-a açıqlama verib.

Baş naziri müavinin köməkçisi Ramin Talıblı bildirib ki, həmin yazıda həqiqətə uyğun olmayan, tam yalan informasiya əks olunub:
"Həmin dezinformasiya bir sıra xəbər portalları vasitəsilə araşdırılmadan yayılıb ki, bu da təəssüf hissi doğurur.
Belə bir fakt və mənbə olmadığından, yazı sadəcə kiməsə və kimlərəsə şər atmaqla ucuz reytinq qazanmaq niyyəti daşımaqdan başqa bir şey deyil. Ümid edirik ki, ölkə mətbuatının imicinə xələl gətirən böhtan xarakterli, qeyri-obyektiv məlumat yayanlara qarşı Mətbuat Şurası müvafiq tədbir görəcək",-deyə R.Talıblı vurğulayıb
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az