Əli İnsanov oğlunun başına ağacla ZƏRBƏ ENDİRİB? - Türməyə 10 dəqiqə yubanmağa görə

Əli İnsanov oğlunun başına ağacla ZƏRBƏ ENDİRİB? - Türməyə 10 dəqiqə yubanmağa görə

Keçmiş səhiyyə naziri Əli İnsanovun həbsdən azad olunması və həbsxana qapısındaca sərt açıqlamalar verməsinə hərə özünəməxsus tərzdə rəy verdi. Bəziləri İnsanovun  aktiv siyasətlə məşğul olacağını düşünməyə əsas versə də,  sabiq nazirin hökumətə iniqlab mesajı oxumasını da qeyd edənlər var.  Əli İnsanovu sərt tənqid edənlərlə yanaşı tərəfdarları da var. Onu da qeyd edək ki,  tənqid və müdafiə edənlər arasında sosial şəbəklərdə əsl cəbhə açılıb. Amma etiraf edək ki, bu iki cəbhədə səmimiyyət bir o qədər də nəzərə çarpmır. 

Miq.Az xəbər verir ki, dünən bu mövzuya müraciət edənlərdən biri də, ən çox təhsil sahəsi üzrə ekspert kimi tanıdığımız Etibar Əliyev olub. Ekspert özünün feysbuk səhifəsində bu barədə də status yazıb. Statusun maraqlı olduğunu nəzərə alıb oxucuların diqqətinə çatdırırıq: 

"İnsanova türmədə ağacı kim verib!?

Prezidentin imzaladığı Əfv sərəncamına görə keçmiş Səhiyyə naziri Əli İnsanov da azadlığa qovuşdu. Əli İnsanovun azadlığa çıxması təlatümlərə səbəb oldu. Bu, əlbəttə ki, onun ilk müsahibəsi ilə bağlı idi. Qərbi Azərbaycanlılar iki qütbdə aktivləşdilər. İnsanov mövzusu aktuallığı ilə çoxdan yoxa çıxmış, milliyyəti bəlli olmayan, Azərbaycan Hökumətini insan hüquqlarını pozmaqda daim ittiham edən hüquq müdafiəçisi Eldar Zeynalovu da danışdırdı. Verdiyi müsahibəsində bunları dedi: "Əli İnsanovun nazir olduğu vaxtlarda pulu olmayan insanlara tibbi yardım göstərilmirdi, qadınlar evdə uşaq dünyaya gətirirdilər, söhbət kənd qadınlarından yox, bakılı qadınlardan gedir. Əli İnsanova baş çəkməyə gedəndə türmədə mənə dedilər ki, İnsanov türməyə 10 dəqiqə yubanan oğlunun başına ağacla zərbə endirmişdi.” Bu mutant hüquq müdafiəçisinin dediyinə görə guya indi adama pulsuz tibbi yardım göstərirlər, yaxud türmədə Əli İnsanova həm də adam döymək üçün ağac veriblərmiş. Çoxları Əli İnsanovla günahlarını yumağa başlayıblar.

P.S. Keçən il Kardiologiya İnstitutunda bir neçə gün xəstə yatan əzizlərimdən birinin gününə 120 manat haqq qoymuşdular, hər gün də 2 torba dərman aldırırdılar."

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az