Əliyevin bu planının hədəfini anlamıram – Nikoldan etiraf

Əliyevin bu planının hədəfini anlamıram – Nikoldan etiraf

Moskva görüşündən sonra Paşinyan yaxın ətrafında əsirlər məsələsində uğursuzluğa düçar olduğunu etiraf edib.

Axar.az xəbər verir ki, bu məlumatı "Qraparak” qəzeti yayıb.

Paşinyan bu məsələdə uğur əldə edəcəyi təqdirdə müxalifətə ağır zərbə vura biləcəyini deyib.

Moskvada kommunikasiyalarla bağlı imzalanan sənədi "parlaq qələbə” adlandıran Paşinyan, həmçinin İlham Əliyevin kommunikasiyaların açılmasına razılaşmaqla onu nəyə çəkdiyini başa düşmədiyini bildirib:

"Paşinyan deyib ki, kommunikasiyaların açılması tamamilə bizim xeyrimizədir. Əksəriyyət isə hesab edir ki, bu ya növbəti manipulyasiyadır, ya da Paşinyan 11 yanvar sənədini "tam qələbə” sayacaq qədər adekvatlığını itirib”, - qəzetin mənbəsi bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az