"Əllərimdən öpürdü" – Naildən Damlaya sərt sözlər

ARB TV-nin "Kim yatmış, kim oyaq?" proqramının növbəti qonağı rejissor Nail Naiboğlu olub.


Miq.az-ın axşam.az-a istinadən məlumatına görə, rejissor dəstək olduğu sənət adamlarından danışıb. O, Damla ilə aralarında yaşanan qalmaqaldan bəhs edib:

"Hər zaman çalışıram ki, səmimi olum. Çünki insanları aldatmaq mümkün deyil. Bir müğənni var idi. O sənətə təzə gəlmişdi. Biz onunla ilk dəfə görüşəndə əllərimdən o qədər öpdü və "Doğrudanmı, Nail Naiboğlu ilə görüşürəm?!" dedi. Dəstək durdum ona. Bu yaxınlarda konsertlə bağlı zəng vurdum ona. Dedi ki, bilirsən, mənim vaxtım yoxdur. Halbuki ondan əvvəl onunla səhnəyə çıxmaq istəməyən digər bir ulduz var idi. Zəng vurub xahiş etdim ki, işin olmasın, klip çəkmişəm, qoy gəlsin, reytinqi var.

O, nə Flora Kərimovadan, nə Faiq Ağayevdən nə Nisə Qasımovadan, nə Ədalətdən artıq ifaçıdır. Yalandan "Youtube"da 4-5-10 milyon izləmə yığa bilər. Dostluğumuz xatirinə mən Renkanı dəvət etdim və o mənə "İşim çoxdur, gəlmirəm" dedi. Onsuz da orada Fatimə və Oksana var idi və hansı ki, onlar əsl rəqassədilər. Və yaxud Damlanın, "vaxtım yoxdur, gələ bilmirəm" deməyi... Fikirləşirsən ki, görəsən bu o Damladır ki, zəng vurub deyirdi ki, "Nail, görəsən nə vaxtsa olacaq, sən mənə klip çəkəcəksən?!"".

 Miq.az
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az