Elnur Məmmədliyə uduzmaq üçün 200 min pul təklif olunub – Etiraf

Elnur Məmmədliyə uduzmaq üçün 200 min pul təklif olunub – Etiraf
Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə 2007-ci il dünya çempionatı zamanı uduzması üçün pul təklif olunub.

Miq.az xəbər verir ki, bu barədə 30 yaşlı idmançı "CBC Sport"da yayımlanan "İmza" verilişində açıqlama verib. Əminə Kazımovanın aparıcısı olduğu verilişdə Məmmədli türkiyəli idmançının təklif etdiyi məbləği qəbul etmədiyini bildirib: "Pulun məbləği kifayət qədər yüksək idi. Hardasa, 150 - 200 min. Həmin vaxt mən adi Elnur Məmmədli, 200 min isə az pul deyildi. Mən ona rədd cavabı verdim. Çünki mənim üçün əsas məsələ Azərbaycanın bayrağı, himni idi. İndi o, bizim dostumuzdur. Özü ilə imkan düşdükcə görüşürük".
Artıq karyerasını başa vurmuş idmançının sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olduqdan sonra ona pul mükafatı və mənzil verilsə də, bu hədiyyələr də onu dəyişdirməyib.

Qeyd edək ki, 2007-ci ildə Braziliyada keçirilmiş dünya çempionatında Elnur Məmmədli 73 kq çəki dərəcəsində gümüş medal qazanıb. Onun yarımfinalda qarşılaşdığı türkiyəli cüdoçu isə Sezer Huysuz olub. Huysuz da Məmmədli kimi artıq karyerasını başa vurub.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az