"Çelsi" bu futbolçuya görə transfer rekordunu qırmaq istəyir

İngiltərənin "Çelsi" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Hollandı transfer etməyə hazırlaşır.

Fanat.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı norveçli hücumçu yay transfer dönəmində London təmsilçisinin əsas hədəfi olacaq.

"Zadəganlar" gənc forvardı alaraq transfer rekordunu da yeniləməyə hazırdır. Hazırda klub tarixinin ən bahalı transferləri 80 milyon avroya başa gələn Kay Haverts və Kepa Arrisabalaqadır.

Qeyd edək ki, Erlinq Holann 2019-cu ilin dekabrında Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az